Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Kupça sız evlərin sahiblərinə CƏZA GƏLİR?

Kupça sız evlərin sahiblərinə CƏZA GƏLİR?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Qeyd edilib ki, yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qeyd edək ki, bu gün ölkədə kifayət qədər kənd təsərrüfatı təyinatlı torpaqlar və burada inşa edilən sənədsiz evlər var.

Qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət həmin sənədsiz evlərə də şamil olunurmu?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, bu barədə qanun yeni deyil və ümumilikdə həmin proses 3 qanunla tənzimlənir: 

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, daha sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, üçüncüsü isə Cinayət Məcəlləsində öz əksini tapan maddə var.

Sadəcə bu maddə çox az halda tətbiq olunur. Şəhərsalma və Tikinti Məcəlləsində bir sıra maddələr öz əksini tapıb ki, məsələn, sərhədin ayrılması və s. var. Evlər tikilərkən hasarların hündürlüyü haqqında, məsələn, 2 metr 20 sm kimi hündürlüyün icazəsi qanunla tənzimlənir.

Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hasar iki qonşu sahəni və yaxud istifadəyə verilmiş sahənin qanunvericiliklə müəyyən olunmuş kordinatları ilə müəyyən olunur. Yəni digər sahəni zəbt edə bilməzlər. Ayrılmış sahənin də mülkiyyəti artıq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir. Təbii ki, kimsə istədiyi torpağı hasara ala bilməz. Bu qanunvericiliklə tənzimlənməlidir. Mülkiyyətində olmayan sahəni hasarlayırsansa, qanun pozuntusuna yol verirsən.

Ölkədə 500-600 min torpaq var ki, onlar qanunsuz tikililərdir və onların hasarı var. Hətta bölgələrdə, kəndlərdə torpaqların 90 faizi kənd təsərrüfatı olduğuna görə, onların təyinatı üzrə üzərində tikilmiş evlər təyinata uyğun deyil. Belə çıxır ki, regionlarda tikilmiş evlərin 90 faizi qanunsuz tikilidir. Bu gün peyklər var və onlarla sübur olunur ki, hansı tarixdən o hasara alınıb. Cinayət Məcəlləsində maddə var, ancaq öz təcrübəmdə çox az halda rast gəlmişəm ki, bu məcəllə ilə kiməsə cinayət işi açsınlar”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri