Icma.az
close
up
RU
Kurban Berdıyev: “Düşünməli məqamlarımız var”

Kurban Berdıyev: “Düşünməli məqamlarımız var”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının II turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (1:0) sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  İki fərqli hissə izlədik. İlk hissədə aktiv oynadıq. Bütün epizodlardan istifadə edə bilmədik, amma razı qaldım. İkinci hissədə oyunçularda hesabı saxlamaq istəyi daha çox idi və bu da bütün hissəyə təsirini göstərdi. İstənilən halda “Sumqayıt”ın haqqını vermək lazımdır. Yaxşı oyunçuları var və bizə problem yaratdılar. İlk iki oyundan sonra düşünməli məqamlar var və getdikcə hər şey yaxşıya doğru gedəcək.

–  İkinci hissədə geri çəkilmək taktiki gediş idi yoxsa, rəqibin təzyiqi?

–  İlk hissədə daha yaxşı və ürəkli oynadılar, amma ikinci yarı bu üstünülüyü əldən verməkdən qorxdular. İndi əsas məsələ bu qorxunu aradan qaldırmaqdır.

–  Kurban Verdiyevin narazı qaldığı məqamlar hansılardır?

–  Qalib gəldikdən sonra bundan zövq alırsan, özü də bu futbolçular əziyyət çəkib qalib gələndə bu daha da yaxşıdır. İkinci hissədə ilk yarıdakı kimi üərklə oynasaq daha çox zövq alardım. Yenə deyirəm ki, rəqib ikinci hissədə tamamilə daha yaxşı idi.

–  İkinci hissədəki zəif oyun fiziki güclə bağlı idi, yoxsa hesabı qorumaq istədilər?

–  Hesabı qorumaq istəyirdik, amma təbii otdan süni qazona keçmək öz sözünü dedi. Bu da məsələyə təsir edən məsələlərdən biri idi. İkinci hissəyə ilk hissədəki kimi köklənə bilmədik.

–  “Turan Tovuz”un heyəti avrokuboklar üçün yetərlidirmi?

–  Biz oyundan-oyuna öz keyfiyyətimi artırmaq barədə düşünürük. Növbəti oyun daha çətindir. Mövsümün sonunda necə olacaqsa, onu Allah bilər.

–  Şəhriyar Əliyevi yorulduğu üçün oyundan çıxardınız yoxsa, taktiki dəyişiklik etdiniz?

–  Elə oyunçular ki, süni qazonda oynayanda mənfi mənada onlara pis təsir edir. Əslində biz bundan sonra da xüsusi dəyişiklik etmədik, elə əvvəlki kimi 3-lü sistemdə davam etdik.

–  İlk dəfə komandanı Tovuzda meydana çıxırdınız. Abu-hava necə idi?

–  Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar

–  Qarşıya qoyulan məqsədlər üçün daha bir hücumçu almaq barədə düşünürsünüz?

–  Yox, mən Ottoya inanıram. Yəqin ki, ona vaxt lazımdır. Məşqlərdə də o özünü yaxşı göstərir.

Fərrux Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 İyul 2026 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri