Icma.az
close
up
RU
“Kurban Berdıyev titul qazanmağa söz verib” bir il bitdi

“Kurban Berdıyev titul qazanmağa söz verib” bir il bitdi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Kurban Berdıyevin “Turan Tovuz”un “sükanı arxasına” keçməsinin bir ili tamam oldu.

Təcrübəli mütəxəssis bu bir ildə “Turan Tovuz”a və Azərbaycan futboluna nə qazandırdı? “Football-plus.az” bu suallı qərb təmsilçisinin sabiq icraçı direktoru Yaşar Sultanova ünvanlayıb:

“Öncə onu deyim ki, Kurban cəmi bir ildi gəlib. Qapıçıları saymasaq, demək olar ki, əlində heyət yox idi. Bu bir il ərzində çox böyük işlər gördü. Komandanın özünəinamı qayıtdı. Əksər futbol mütəxəssisləri, media, azarkeşlər onun işini çox bəyəndi. Kurban klubda dönüş yarada bildi. Mövsümün gedişində, ən vacib məqamda dörd-beş oyunçu sıradan çıxdı. Birinci dövrədə 18 xal yığan komanda digər üç dövrələri götürsək, autsayderlərdən oldu. Buna baxmayaraq, Berdıyev hər vəziyyətdə komandanı qoruyub saxlaya bildi. Üçüncü yerdən cəmi üç xal geridə qaldıq. Klub rəhbərliyi də ona inandı. Azarkeşlərimiz Berdıyevə böyük rəğbət bəsləyir. Uğurlu “Turan Tovuz” görəcəyimizə inanırıq. Kurban sözünü deməmiş gedən deyil. Onun xarakteri belədi, belə formalaşıb. Saysız-hesabsız titulları var. Çox inamlı insandı. Bizə söz verib ki, “Turan Tovuz”a titul qazandıracaq. Gələn mövsüm də mübarizə aparmaq çox çətin olacaq. Büdcə çox böyük rol oynayır. Əlbəttə, beş-altı milyon büdcəsi olan komanda 30 milyonluq rəqiblərlə mübarizə apara bilməz. Komandanın uğuru titul qazanmaq deyil, yaxşı oyun göstərməkdi. Daha çox vəsait olsa, böyük maliyyə ayrılaraq güclü futbolçular gəlsə, başqa məsələ”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri