Kurban Berdiyevin sözlərini qəribçiliyə salmaq olmaz ötən mövsüm Neftçi Araz Naxçıvan oyununda da belə hal yaşanmışdı
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən keçirilən "Qarabağ" - "Turan Tovuz" matçındakı bəzi hakim qərarları müzakirələrə səbəb olub. Oyunun baş hakimi Elçin Məsiyev 43-cü dəqiqədə Vadjiyə birbaşa "qırmızı" göstərmək yerinə sarı vərəqəylə kifayətlənib. Hər həftə mübahisəli qərarları dəyərləndirən Hakimlər Komitəsinin sədri Rəhim Həsənov böyük ehtimalla onun səhvini üzə çıxaracaq.
Daha bir qaranlıq məqam "Qarabağ"ın vurduğu qolla bağlıdır. 41-ci dəqiqədə Zubirin hesabı açdığı hücumun əvvəlində ofsayd şübhəsi yaranmışdı. VAR qolu təsdiqləsə də, xətti göstərən olmadı. Adi gözlə ofsaydın olub-olmadığını iddia etmək çətindir. Texnologiya suallara aydınlıq gətirməliydi...
VAR-dan səs çıxmayınca, şübhələr çoxalır bu qol ətrafında. Oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev də bu barədə danışıb. Xəttin çəkilmədiyini vurğulayaraq, epizodla bağlı tərəddüdünü dilə gətirib.
Belə bir hadisə ötən mövsüm "Neftçi" - "Araz Naxçıvan" (2:2) matçında da yaşanmışdı. Emin Mahmudovun vurduğu bərabərlik qolu zamanı ofsayd şübhəsi yaranmışdı. VAR qolu hesaba alsa da, o zaman da xətt göstərilməmişdi. Yalnız oyundan 3-4 gün sonra xətt olan şəkil ictimaiyyətə təqdim olunmuşdu.
Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Kurban Berdiyevin sözlərini qəribçiliyə salmamalıdır. Problem yalnız ofsaydın olub-olmamasında deyil. Əsas məsələ xəttin niyə oyun zamanı nümayiş etdirilməməsindədir. Zubirin qolundan matçın bitmə anına qədər 1 saat vaxt var idi. Bu müddətdə xətti niyə çəkə bilməyiblər?
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 02 Fevral 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















