Icma.az
close
up
RU
Kürdəmir rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib FOTO

Kürdəmir rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 13-də Kürdəmir rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

Tədbirin məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olması, hüquqi maarifləndirmənin artırılması və şəffaflığın təşviqi olub.

Tədbirin açılışında çıxış edən Kürdəmir rayon prokuroru Tural İbrahimov prokurorluğun fəaliyyəti və islahatlar barədə iştirakçılara məlumat verib. O, rayon prokurorluğunun gündəlik işi, səlahiyyətləri və vətəndaşlarla ünsiyyət prinsipləri barədə məlumat verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq sistemində aparılan islahatlardan danışaraq, bu dəyişikliklərin şəffaflığı artırmaq, hüquqi təminatları gücləndirmək və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıdığını qeyd edib. O həmçinin ictimaiyyətlə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə toxunub.

Tədbir çərçivəsində digər prokurorluq əməkdaşları da çıxış edərək öz sahələri üzrə təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.

Qonaqlar prokurorluğun iş prosesi, hüquqi prosedurlar və vətəndaş müraciətlərinə baxılması qaydaları ilə bağlı məlumatlandırılıblar.

Daha sonra iştirakçılara prokurorluq əməkdaşlarının gündəlik fəaliyyətindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı film nümayiş etdirilib.

Ardınca prokurorluğun yeni inzibati binası ilə tanışlıq turu təşkil olunub. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, “Elektron prokurorluq” sistemi, kriminalistik avtomobil və texniki avadanlıqlar təqdim olunub. Eyni zamanda, istintaq proseslərində müasir texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 İyun 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri