Icma.az
close
up
RU
Binəqədi Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib

Binəqədi Rayon Prokurorluğunda “Açıq qapı” günü keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 fevral, Günel Türksoy, foto İlkin Cavanşirov, video Ələkbər Baxşiyev, AZƏRTAC

Fevralın 24-də Bakı şəhər Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasında gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, ictimaiyyətlə səmərəli dialoqun genişləndirilməsi və prokurorluq orqanlarının fəaliyyətinə marağın artırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilən tədbirin əsas məqsədi prokurorluq orqanlarının fəaliyyəti, əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, tətbiq olunan innovativ həllər və həyata keçirilən institusional islahatlar barədə iştirakçıları ətraflı məlumatlandırmaq, şəffaflıq və açıq dialoq mühitini daha da möhkəmləndirmək olub.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon prokuroru Fuad Məmmədov qonaqları salamlayaraq bildirib ki, yeni inzibati binada yaradılmış müasir və funksional iş şəraiti əməkdaşların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. O, vətəndaş müraciətlərinə həssas və operativ yanaşmanın əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, müasir maddi-texniki baza və rəqəmsal həllər rayon prokurorluğunun fəaliyyətində çevikliyin və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, davamlı təlim proqramlarının təşkili və əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və tədris imkanları hüquqi dövlət quruculuğu prosesində prokurorluğun rolunun daha da möhkəmləndirilməsinə şərait yaradır.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aşkarlıq və ictimaiyyətlə əlaqələrin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, media və vətəndaş cəmiyyəti institutları ilə açıq və konstruktiv əməkdaşlıq hüquqi maarifləndirmənin genişlənməsinə, vətəndaş məmnunluğunun artırılmasına və cəmiyyətlə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Tədbir çərçivəsində iştirakçılara bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində istifadəyə verilmiş yeni inzibati bina müasir standartlara cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların səmərəli fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi bölmə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun layihələndirilib.

Tədbir zamanı peşəkar prokurorluq əməkdaşları qurumun fəaliyyəti, istintaq və prosessual nəzarət sahəsində həyata keçirilən işlər, habelə vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə dinləyicilərə ətraflı məlumat veriblər. İştirakçılar inzibati binada yaradılmış müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş xüsusi bölmə, konfrans zalı və xidməti otaqlarla tanış olub, eləcə də istifadə olunan kriminalistik texnika və avadanlıqlara əyani baxış keçiriblər. Onlara “Elektron Prokurorluq” informasiya sisteminin funksional imkanları praktik formada nümayiş etdirilib, rəqəmsal sənəd dövriyyəsi və müraciətlərin onlayn izlənilməsi mexanizmi izah olunub.

Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəyləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri