Kürdəxanıda yeni yol qovşağı Video Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata əsasən, Yeni yol qovşağı layihənin 1.8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir.
Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının və drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.
Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmiş olacaq.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















