Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşdülər FOTOLAR
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan milli komandasının üzvləri Bakının Kürdəxanı qəsəbəsində məşq edən yeniyetmələrlə görüşüblər.
Sportal.az xəbər verir ki, görüşdə millimizin baş məşqçisi Ayxan Abbasov, komandanın direktoru İlqar Qurbanov, futbolçular Rza Cəfərov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, həmçinin AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak ediblər.
Kürdəxanı sakini, həvəskar məşqçi Zakir Əliyev öz həyətində uşaqlar üçün kiçik futbol meydançası inşa edib və orada onlara təmənnasız məşqlər keçərək gənc istedadların inkişafına töhfə verməyə çalışır. Onun təşəbbüsü sayəsində qəsəbədə yaşayan bir çox uşaq futbolla məşğul olmaq imkanı qazanıb.
Milli komandanın üzvləri həmin uşaqlarla tanış olub, onların məşqinə qatılıb və səmimi söhbətlər aparıblar. Baş məşqçi Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.
Görüşün sonunda uşaqlar milli komandanın üzvləri ilə xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar. Yeniyetmələrə AFFA tərəfindən hədiyyələr və futbol topları təqdim olunub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 12 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















