Icma.az
close
up
RU
“Kurtlar vadisi , Eşkiya dünyaya hökmdar olmaz , Çukur : İnsanları kriminala baxmağa nə vadar edir?

“Kurtlar vadisi , Eşkiya dünyaya hökmdar olmaz , Çukur : İnsanları kriminala baxmağa nə vadar edir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar mediada, sosial şəbəkələrdə  kriminal hadisələrlə bağlı məlumatlar artıb. 

Bu, yalnız ailə daxilində deyil, artıq məktəblərdə, şagirdlər arasında da özünü göstərir. Hətta oxucular, tamaşaçılar belə, qəzetlərdə, xəbər saytlarında, televiziyada kriminal xarakterli məlumatlara daha çox diqqət yetirirlər. Bunu bəzən müasir dövrlə bağlamaqla yanaşı, artıq bu kimi hadisələrin KİV-lərə asan yol tapması ilə də əlaqələndirirlər. 

Niyə kirminal xarakterli seriallar, filimlər cox izlənir, xəbərlər cox oxunur? İnsanlaırn kriminala olan maragi nə ilə bağlıdır? 

Məsələ ilə bağlı BDU-nun Psixologiya kafedrasının müəllimi Fatimə Bayramova "Cebheinfo.az"-a bildirib ki, əslində statistikaya görə, komediya və dram janrında filmlər daha çox izlənilir: 

"Kriminal janrda olan film və serialların həm mənfi, həm də müsbət tərəfləri var. Kriminal və ya detektiv janrında izlənilən filmlər insanların gündəlik həyatda yaşamadığı güclü həyəcan və ya adrenalinin yaratdığı hissin təlabatını ödəyir. İnsanlar bu yol ilə həmin hissləri yaşayır. 

Sonu müsbət bitən kriminal janrlı filmlərdə şərin məğlubiyyəti, oğrunun və ya manyakın həbsi, öldürülməsi insanların xeyrin qələbəsinə inam hissinin, ümidin artmasına yardım edir. Yəni bu cür janrların insan psixikası üçün müsbət tərəfləri də var. Mənfi tərəfləri isə yamsılama, təqlid sevən yeniyetmə və "yetkin"lərdə özünü göstərir. Bu davranışa meyilli insanlar üçün nəinki kriminal, hətta digər janrlar da mənfi təsir edə bilər”. 

O bildirib ki, daha çox yeniyetmələr arasında bu hal özünü göstərir: 

“Onların baxdıqları bəzi xarici seriallar- "Kurtlar vadisi", "Eşkiya dünyaya hökmdar olmaz", "Çukur" və s. yetkinlər üçün aksiyon mahiyyət daşısa da, yeniyetmələrə pis nümunə olma ehtimalı çoxdur. Dəfələrlə xəbərlərdə, məktəbdə rastlaşdığımız bullinq, yeniyetmələrin məktəbə bıçaq gətirməsi, özlərini "oğru aləminin nümayəndəsi" kimi təqlid etmələri, tüfeyli həyat, qruplaşma və s. onları və yaşıdlarını təhlükə ilə üzləşdirə bilər. 

Bu vəziyyətin müəllim və valideynlər üstündən keçməməli, mütləq şəkildə nəzarət etməli, etdikləri davranışların nəticəsini izah etməlidirlər. Uşaq hər şeyin filmlərdə olduğu kimi olmadığını bilməli, reallıqla tanış olmalıdır. Yetkin insanlardan kriminal hadisələri təqlid edənlər isə "eqosu" yüksək və ya əksinə, özqiymətləndirməsi aşağı olan şəxslərdir. Onlar da yeniyetmələr kimi özlərini sübut etmək üçün təqliddən istifadə edə bilərlər. Zənnimcə, insanların kriminal xəbərləri daha çox izləməsi qorxuları ilə əlaqədardır. İnsan çox zaman nədən qorxursa, daha çox o xəbərləri oxuyur". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: “Kurtlar vadisi" "Eşkiya dünyaya hökmdar olmaz" "Çukur"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri