Kurtlar Vadisi Pusu serialı nəzarətə götürüldü
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə Silivri Respublika Baş Prokurorluğu, Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada baş verən şübhəli ölümü ilə əlaqədar aparılan istintaq çərçivəsində əhəmiyyətli bir addım atıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluq "Kurtlar Vadisi Pusu" serialında FETÖ təbliğatının aparılması iddiaları əsasında araşdırma başlamaq barədə qərar qəbul edib. Qərar əsasında, öz sahəsində mütəxəssis olan şəxslərdən ibarət xüsusi ekspert qrupu təyin edilib. Tərtib olunacaq hesabatda serialdakı ssenari xətləri, dialoqlar və gizli mesajlar ətraflı şəkildə təhlil ediləcək. Həyata keçiriləcək texniki və məzmun baxışlarından sonra, ekran işinin yayımlanan seriyalarında təşkilati göstərişlərin verilib-verilmədiyi, həmçinin layihənin FETÖ ilə hər hansı bir səbəb-nəticə əlaqəsinin olub-olmadığı aydınlaşacaq.
İstintaq çərçivəsində hüquqi proses davam etdirilir./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















