Kurtua “Real”da qalmaq istəmir
Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real”ın qapıçısı Tibo Kurtua klubla müqaviləsini yeniləmək istəmir.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı qolkiper müqavilə başa çatdıqdan sonra ya Madrid klubundan ayrılacaq, ya da karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Real” prezidenti Florentino Peres onun yerinə əsas namizəd kimi Andrey Lunini görür.
Klub “Brayton”un qapıçısı Bart Verbruggenu da alternativ kimi izləyir. Kurtuanın “Real”la müqaviləsi 2027-ci ildə başa çatır.

