“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək üçün istifadə olunan pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti (FSIN) məlumat yayıb.
Bildirilib ki, “tüklü kuryer”in boynuna əl işi olan iki parça boyunbağı bağlanıb. Məhbuslar üçün nəzərdə tutulduğu bildirilən qadağan olunmuş maddələr həmin boyunbağıların içərisində gizlədilib.
Həbsxana əməkdaşları pişiyi müəssisənin ərazisinə daxil olmamışdan əvvəl aşkar ediblər. Hadisə yerinə çağırılan təhlükəsizlik əməkdaşları və xidməti it boyunbağılara baxış keçirib və onların içərisində narkotik maddələrin olduğunu müəyyən ediblər.
Rəsmi qurumun məlumatına görə, pişik müayinədən keçirildikdən sonra ona heç bir zərər dəymədən sərbəst buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Baxış sayı:146
Bu xəbər 22 İyul 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















