Kuşner Brüssel danışıqlarını məhsuldar adlandırıb
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Brüsseldə Ukrayna ilə bağlı keçirilən danışıqları məhsuldar adlandırıb.
Məlumatı “İnterfaks.ru” verib.
Kuşner X hesabında bildirib: “Bu gün Brüsseldə ABŞ Ukrayna, NATO və Avropa tərəfdaşlarımızla davamlı sülhün iki vacib və bir-biri ilə əlaqəli elementi: Ukrayna üçün təhlükəsizlik zəmanətləri və daha geniş Avropa təhlükəsizlik arxitekturası üzrə məhsuldar və məzmunlu müzakirələr aparıb”.
O, əlavə edib: “Məqsədimiz gələcək münaqişə riskini azaldan praktik, qarşılıqlı razılaşdırılmış tədbirlər vasitəsilə bütün tərəflərin təhlükəsizlik narahatlıqlarını həll etməkdir”.
Onun sözlərinə görə, Əbu-Dabidə danışıqlara hazırlıq çərçivəsində ABŞ Ukrayna münaqişəsinin hər iki tərəfi ilə “müzakirələri mümkün qədər mənalı və məhsuldar edə biləcək ciddi təkliflər” hazırlamaq üzərində işləyir.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Noyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















