Icma.az
close
up
RU
Kütləvi müəllim ixtisarının qarşısını necə almaq olar? Mütəxəssisdən AÇIQLAMA

Kütləvi müəllim ixtisarının qarşısını necə almaq olar? Mütəxəssisdən AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Milli Məclisin plenar iclsında vitse-spiker Əli Əhmədov bildirib ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər.

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı qaldırılan həyəcan təbilini real və haqlı hesab edir:

"Təhsil cəmiyyətin müxtəlif istiqamətlərinin, müxtəlif sahələrinin ayrılmaz bir həlqəsidir. Zəncirvari bir-birindən əlaqəli olan proseslər var ki, təhsil də bu proseslərin mərkəzində gəlir. Bu gün bizdə demoqrafik inkişaf çox zəif gedir. İldən-ilə əhalinin say artımını yox, say azalmasını müşahidə edirik. 2015-ci ildə ümumi təhsil müəssisələrində oxuyan şagird sayı 1.5, 1.6 milyon arasında dəyişirdisə, proqnozlara əsasən bu, qarşıdakı illərdə bir milyona qədər azala bilər. Bu isə həm məktəb sayının, həm də müəllim sayının azalmasına, ixtisarlara səbəb ola bilər".

Müsahibimiz gələcəkdə şagird sayının azalması müqabilində müəllimlərin ixtisar olunmaması üçün nələr edə biləcəyimizdən də danışdı:

"Bununla bağlı beynəlxalq təcrübədə olan bəzi detallardan danışmaq lazımdır. Elə nüanslar var ki, bu ixtisarların qarşısını ala bilər. Amma bunun reallaşması çətindir. Məsələn, Abşeronda, Sumqayıtda və xüsusən də paytaxt Bakıda bir çox məktəblərdə çox ciddi şagird sıxlığı var. Biz siniflərin sayını artırmaqla, məsələn, 40 nəfərin oxuduğu sinfi iki yerə bölüb, iki 20 nəfərin oxuduğu sinfi artırmaqla iki problemi həll etmiş olarıq. Bununla şagird sayının sıxlığının qarşısını alarıq, yəni bir sinifdə 40 yox, 20 uşaq təhsil alar. Həm də artırılan hər sinif əlavə dərs saatları, əlavə müəllim kontingenti deməkdir. Amma bunlar həm büdcəyə yönəlik işlərdir, həm də digər çox çətin prosesə bağlanan məsələlərdir. Bir məktəb daxilində sinifləri ikiyə bölmək üçün əlavə sinif otağı lazımdır. Eyni zamanda əlavə məktəblərin tikilməsi lazımdır. Əlavə məktəb varsa, əlavə korpusunun olması lazımdır. Yəni variant var, amma bir az çox çətindir. Biz müəllimlər üçün əlavə layihələr, əlavə bir fəaliyyət proqramı hazırlamalıyıq. Bu gün müəllim əmək bazarında öz iş yerini ancaq məktəbdə görür. Düzdür, indi bəziləri deyə bilər ki, müəllimdir, məktəbdə işləməlidir, amma belə deyil".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri