Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Kütləvi şəkildə milliləşdirmə olmayacaq Sərxan Hacıyev

Kütləvi şəkildə milliləşdirmə olmayacaq Sərxan Hacıyev

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev

"2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb".

QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi Rui Jorjenin mətbuat konfransında deyib. 

O, mütəxəssis haqda fikirlərini bölüşüb: "Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək. Rui Jorjenin iki köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaqlar. Hər ikisi portuqaliyalıdır. Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq. Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı haqda məlumat veriləcək".

S.Hacıyev mütəxəssisə 500 min avro maaş təyin edilməsi haqda yayılan xəbərlərə münasibət bildirib: "Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq".

O, baş məşqçi vəzifəsi üçün başqa namizədlərin də olduğunu, lakin yekunda R.Jorjedə qərarlaşdıqlarını söyləyib: "Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdi və bir neçə namizəd üzərində məsələyə baxıldı. Jorjenin namizədliyi təsdiqlənəndə, iclasdan sonra hüquqi proseslər yerinə yetirildi. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Təyinat olanda ən əsas məqam təcrübə idi. Rui Jorjenin böyük təcrübəyə malik olması... Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü".

AFFA rəsmisi baş məşqçinin qarşısına qoyulan əsas hədəfi də açıqlayıb: "İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan məqsədlərdir".

S.Hacıyev Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının açılış oyununun vaxtı və məkanı haqda sualı cavablandırıb: "Hələ danışıqlar gedir. Biz və FİFA, Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Sentyabrdan oktyabra qədər keçirilməlidir, turnir 21-23 günlük olmalıdır".

O, sonda "Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtı ilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi" fikirlərinə cavab verib: "Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycan əsilli olsun ya da valideyinlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-i milliləşdirilmiş olmayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Mart 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri