Icma.az
close
up
RU
Sərxan Hacıyev: 20 futbolçudan 17 si milliləşdirilmiş olmayacaq

Sərxan Hacıyev: 20 futbolçudan 17 si milliləşdirilmiş olmayacaq

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"FIFA U-20 dünya çempionatını sentyabrdan oktyabra qədər keçirməlidir, turnir 21-23 günlük olmalıdır".

Oxu.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorjenin təqdimat mərasimində deyib.

AFFA rəsmisi bildirib ki, dünya çempionatının açılış mərasiminin harada olacağı ilə bağlı danışıqlar gedir:

"Hüquqi sənədlər üzərində işlər gedir. Hazırda dəqiq deyə bilərik ki, təşkilatçı şəhərlərdən biri Bakı olacaq. Digər şəhərlər barədə hələlik məlumat verə bilmərik. Bir müddət öncə FIFA nümayəndəsi də ölkəmizə səfər etdi və bir neçə şəhərdə oldu. Bir və ya bir neçə şəhərin olacağını bilmirik. Püşkatma, açılış və bağlanış oyunlarının Azərbaycanda və ya Özbəkistanda keçiriləcəyi ilə bağlı da danışıqlar aparırıq".

O, futbolçuların çempionata qədər milliləşdirilməsi məsələsinə də aydınlıq gətirib:

"Birmənalı şəkildə qeyd edə bilərəm ki, bu, kütləvi şəkildə baş verməyəcək. Elə ola bilər ki, futbolçu azərbaycanəsilli olsun, ya da valideynlərindən biri sırf azərbaycanlı olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni 20 futbolçudan 17-si milliləşdirilmiş olmayacaq".

Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Mart 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri