Küveyt yaxınlığında neft tankeri partladı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Küveyt yaxınlığında neft tankerində partlayış baş verdiyi bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Təşkilatı (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Küveytin Mübarək əl-Kəbir limanından təxminən 55 kilometr cənub-şərqdə qeydə alınıb.
Belə ki, ərazidə lövbər salmış tankerin kapitanı gəminin sol tərəfində partlayış baş verdiyini və hadisədən dərhal sonra ərazidən uzaqlaşan kiçik bir qayıq gördüyünü bildirib.
Məlumata görə, partlayışdan sonra tanker batmağa başlayıb və dənizə neft sızması qeydə alınıb. Bununla belə, hadisə zamanı gəmidə yanğın baş vermədiyi vurğulanıb.
Qeyd olunub ki, tanker heyətinin üzvləri xəsarət almayıb və onların hamısı təhlükəsizlikdədir.
Küveyt Daxili İşlər Nazirliyi partlayışın Mübarək əl-Kəbir limanının sahilində baş verdiyi barədə məlumatları təkzib edib. Nazirlik bildirib ki, hadisə Küveytin ərazi sularından kənarda, limandan ən azı 60 kilometr məsafədə baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Mart 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















