Icma.az
close
up
RU
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyini qınadı

“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyini qınadı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"La Gazette du Caucase" Fransanın Bakıda keçirilən COP29-u boykot etmək qərarını sərt tənqid edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "La Gazette du Caucase"nin son məqaləsində qeyd olunur ki, Fransanın iştirak etməməsinə dair rəsmi açıqlama - "siyasi fikir ayrılıqları" - əslində erməni lobbi qrupları tərəfindən təşkil edilmiş daha geniş bir kampaniyanın tərkib hissəsidir. Fransa prezidenti Emmanuel Makron tədbirdə iştirakdan imtina edərək təmsilçiliyi ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe həvalə edib, lakin o da konfransı boykot edib.

"Bu diplomatik addımın arxasında Fransadakı erməni təşkilatlarının təzyiqi dayanır və bu təzyiqi, Azərbaycanı "ermənilərin etnik təmizləməsi"ndə ittiham edən senator Yannik Jadot kimi siyasətçilərin bəyanatları gücləndirir", - deyə məqalədə bildirilir.

Məqalədə həmçinin, Paris meri Ann İdalqo və respublikaçı deputat Loran Vokyenin oxşar çıxışları vurğulanır və Fransanın bəzi KİV-lərinin COP29-un Bakıda keçirilməsini tənqid etdiyi qeyd olunur.

Nəşr bu cür iddiaları təkzib edərək bildirib ki, "France Inter"dən Patrik Koen kimi şəxslərin Azərbaycanı "diktatura" adlandırmasına baxmayaraq, reallıq bunun tam əksini göstərir. Ölkədə dünyəvilik, multikulturalizm və açıqlıq, həmrəylik atmosferi hakimdir.

"La Gazette du Caucase" Fransanın müzakirələrində tez-tez unudulan tarixi konteksti də xatırladıb.

"Xatırlamaq lazımdır ki, təxminən 30 il əvvəl erməni qüvvələri Azərbaycanın ərazilərinə müdaxilə edərək, beynəlxalq hüququ pozaraq orada tanınmamış qondarma "respublika" yaratdılar. Azərbaycanın 2020-ci ildə bu əraziləri azad etməsi onların bərpası və məcburi köçkünlərin geri qaytarılması üçün yol açdı", - məqalədə bildirilir.

Nəşr həmçinin, Fransanın Xarici İşlər Nazirliyinin Azərbaycana səfərlərlə bağlı xəbərdarlığını əsassız adlandırıb.

"Azərbaycana səfər edən fransız turistlər həmişə Azərbaycan xalqının qonaqpərvərliyini və fransız mədəniyyətinə hörmətini vurğulayırlar", - məqalədə deyilir.

Sonda "La Gazette du Caucase" qeyd edir ki, Fransanın hərəkətləri, guya Ermənistana dəstək məqsədilə atılsa da, əslində ekstremist əhval-ruhiyyəni qızışdırır.

"COP29-un boykotu və Ermənistana silah tədarükünün dəstəklənməsi ədalətli və uzunmüddətli sülhə nail olmaqdan çox, yeni münaqişəyə hazırlıq mesajı verir", - məqalədə vurğulanır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri