La Liqa: “Barselona” 3 xalı darmadağınla qazanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 sentyabr, AZƏRTAC
İspaniya La Liqasının lideri “Barselona” növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi ölkə çempionatının VI turunda “Rasinq Santander”i darmadağın edib.
Hans-Diter Flikin başçılıq etdiyi kollektiv doğma meydanda rəqibinə 7:2 hesabı ilə qalib gəlib. “Barselona”nın heyətində Rafinya het-trik edib. Joau Kanselu, Lamin Yamal və Qabriel Jezus hərəyə bir dəfə fərqləniblər. Digər topu qonaqların hücumçusu Asyer Vilyalibre öz qapısından keçirib. “Rasinq Santander”in qollarını isə Maqett Quye və Yassir Zabiri vurublar.
Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Barselona” maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. “Rasinq Santander” isə 7 xalla 10-cu pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 17 Sentyabr 2026 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















