Icma.az
close
up
RU
La Liqa: “El Klasiko”nun qalibi kim olacaq və “Vilyarreal” ilk üçlüyü qoruyacaqmı? in İCMALI

La Liqa: “El Klasiko”nun qalibi kim olacaq və “Vilyarreal” ilk üçlüyü qoruyacaqmı? in İCMALI

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya çempionatının X turu liderlər üçün həlledici olacaq. “Real Madrid” öz meydanında “Barselona”nı qəbul edir, “Valensiya” isə “Vilyarreal”lə derbidə üz-üzə gələcək.

İdman.Biz oxucular üçün La Liqanın onuncu turunun əsas qarşılaşmalarını təqdim edir.

“Real Madrid” - “Barselona” (26 oktyabr)

Turun və mövsümün ən çox gözlənilən oyunu - cari mövsümün ilk “El Klasiko”su. Hazırda “Real Madrid” 24 xalla turnir cədvəlinə başçılıq edir, “Barselona” isə 22 xalla ikinci yerdədir.

Madridlilər ötən turda “Xetafe”ni 1:0 hesabı ilə məğlub edib, qələbə qolunu Kilian Mbappe vurub. “Barselona” “Jirona” üzərində 2:1 hesablı qələbə qazanıb, həlledici qolu 90+ dəqiqədə Arauho vurub.

“Real”da mərkəz müdafiəçisi Din Xöysen zədə səbəbindən sıradan çıxıb, Dani Karvaxalın durumu isə hələ də sual altındadır. “Barselona”da Robert Levandovski və Rafinhanın bərpa prosesi davam edir. Baş məşqçi Hansi Flik “Jirona” ilə matçda aldığı qırmızı vərəqə səbəbindən bu oyunda texniki zonada ola bilməyəcək.

“Valensiya” - “Vilyarreal” (25 oktyabr)

“Valensiya” qeyri-sabit çıxış edir və ötən turda səfərdə “Alaves”lə 0:0 hesablı heç-heçə edib. “Vilyarreal” “Betis”lə 2:2 oynayıb, lakin həftəiçi Çempionlar Liqasında “Mançester Siti”yə 0:2 hesabı ilə məğlub olub. Buna baxmayaraq, komanda hələ də ilk üçlükdə yer alır.

“Valensiya”da Muktar Diakkabi zədəsini bərpa edir. “Vilyarreal”da isə Villi Kambvala, Loqan Kosta və Huan Foyt sıradan kənardadır.

“Betis” - “Atletiko” (27 oktyabr)

Avrokubok zonası uğrunda birbaşa rəqiblərin görüşü. “Betis” son turda “Vilyarreal”la 2:2 hesablı heç-heçə edib. “Atletiko” “Osasuna”ya qarşı 1:0 hesablı qələbə qazansa da, Çempionlar Liqasında “Arsenal”a 0:4 uduzub.

Sevilya klubunda İsko zədəlidir, bir neçə hücumçu da şübhə altındadır. “Atletiko”da Conni Kardosonun vəziyyəti sual altındadır ki, bu da sıx oyun təqvimi fonunda Dieqo Simeone üçün əlavə çətinlik yaradır.

“Espanyol” - “Elçe” (25 oktyabr)

Turnir cədvəlinin yuxarı hissəsində qonşu komandaların dueli. “Espanyol” altıncı, “Elçe” isə eyni xalla yeddinci pillədə qərarlaşıb. Kataloniyalılar iki həftə öncə səfərdə “Real Oviedo”nu 2:0 hesabı ilə məğlub edib, “Elçe” isə “Atletik”lə 0:0 oynayıb.

“Espanyol”da Xavi Puado, “Elçe”də isə Qreydi Diangana zədə səbəbindən forma geyinə bilməyəcək.

Digər qarşılaşmalar

1. “Real Sosyedad” - “Sevilya” 2:1 (24 oktyabr)
2. “Atletik” - “Xetafe” (25 oktyabr)
3. “Jirona” - “Real Oviedo” (25 oktyabr)
4. “Mayorka” - “Levante” (26 oktyabr)
5. “Osasuna” - “Selta” (26 oktyabr)
6. “Rayo Valyekano” - “Alaves” (26 oktyabr)

La Liqanın hazırkı turnir cədvəli

1. “Real Madrid” – 24 xal
2. “Barselona” – 22
3. “Vilyarreal” – 17
4. “Atletiko” – 16
5. “Betis” – 16
6. “Espanyol” – 15
7. “Elçe” – 14
8. “Atletik” – 14
9. “Sevilya” – 13
10. “Alaves” – 12
11. “Rayo Valyekano” – 11
12. “Xetafe” – 11
13. “Osasuna” – 10
14. “Real Sosyedad” – 9
15. “Valensiya” – 9
16. “Levante” – 8
17. “Mayorka” – 8
18. “Seltə” – 7
19. “Real Oviedo” – 6
20. “Jirona” – 6

Teymur Tuşiyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri