La Marine restoranı cərimələndi: İcazəsiz reklam yerləşdirib
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhəri (Şıxov), Salyan şosesində yerləşən məşhur "La Marine" restoranı cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "La Marine" restoranı barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, "La Marine" restoranın rəhbərliyi reklam haqqında icazələrin şərtlərini pozaraq obeyktin üzərində müvafiq icazə olmadan 2 ədəd reklam yerləşdirib.
Məhkəmənin hökmü ilə "La Marine"nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Oktyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















