Icma.az
close
up
RU
Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq Vüqar Rəhimzadə

Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq Vüqar Rəhimzadə

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tarixi Zəfərimizdən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun yaratdığı reallıqlar hər an 44 günlük İkinci Qarabağ müharibəsini xatırlamağı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı və şücaəti  təhlil etməyi, indiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur. 44 gündə 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, xeyli sayda strateji yüksəkliyin işğaldan azad edilməsi ədalətin təntənəsi, rəşadətli ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi  olan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata  əsasən  Ağdam, Kəlbəcər və Laçın rayonları  bir güllə atılmadan belə  ölkəmizə qaytarıldı.  Dövlətimizin başçısı İlham Əliyev  1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki,  ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış  şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə,  bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və  bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2022-ci ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” səhifəsində belə bir paylaşımı da  etdi ki, bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn bəzi dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar  44 gündə Prezident İlham Əliyevin xarci KİV-lərə 30-dan artıq  müsahibəsi, şanlı Qələbəmizin reallıqları əsasında keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə məcbur oldular. Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar informasiya cəbhəsində üstünlüyümüzün qorunmasında əhəmiyyətli rol oynadı. Bu gün digər ərazilərimiz kimi, Laçın rayonu da özünün sevincli günlərini yaşayır".

Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Laçını tərk edən  ermənilər dövlətimizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi  bu torpağımızda  da  təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər revanşizm ideologiyasından əl çəkmədiklərini açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu  dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə  üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynadı.  Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Onların  torpaqlarımızı boşaldarkən  törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmadı. Çünki 28 ildən artıq dövrdə  ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

Vüqar Rəhimzadə vurğulayıb ki,  Azərbaycan hər zaman qarşısına qoyduğu hədəfərə doğru inamla irəliləyir və buna yüksək səviyyədə nail olur. Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq.  Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dövlətimizin başçısı İlham Əliyev Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki,  2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir.  Laçın rayonunun Zabux və Sus kəndləri də  sakinlərinə qovuşan ərazilərimiz sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonuna  hər bir səfəri  Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngindir.  Dövlətimizn başçısı  İlham Əliyev çıxışlarında daim bu  xatırlatmanı edir ki,  50 yaşım tamam olanda laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Həmin görüşdə bu əminliyi ifadə etmişdir ki, torpaqlarımız azad olunandan sonra Laçının çalçağırlı günləri, bu rayonda genişmiqyaslı bərpa-quruculuq işləri  başlayacaq.  Artıq Müzəffər Ali Baş Komandan  İlham Əliyevin hər bir bayram günlərini, tarixi hadisələri məhz  işğaldan azad edilmiş ərazilərimizdə qeyd etməsi bir ənənəyə çevrilib.

Millət vəkili  bildirib ki, işğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu mühüm addım  Laçının strateji əhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdə görülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalq olduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cü il Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin  aprelin 23-də Laçın  rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da  beynəlxalq hüquqa əsaslanır.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı” fikirləri  keçirilən yolun və qarşıdakı hədəflərin ümumiləşdirilmiş ifadəsidir. Hazırda qarşıda dayanan əsas vəzifə  torpaqlarımızın  bərpası, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başa çatdırılmasıdır. Uğurlu və düşünülmüş siyasətimiz bu hədəfə də yüksək səviyyədə nail olacağımıza  stimul verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri