Laçın Günün, Laçınlı günün mübarəkdir, Laçın millət!
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəyərli Taleh Şahsuvarlı Laçın Günü ilə bağlı çox təsirli bir status paylaşıb. O, dədə-baba yurduna baş çəkərkən özünün və oğlunun keçirdiyi hisslərdən, yəni orada onlara necə güc gəlməsindən yazıb.
Laçının, eləcə də digər bölgələrimizin işğaldan qurtarmasından əslində millət olaraq hamımız güc almışıq. Və bu güc bizi gəncləşdirdi. Bilirsiniz, millətlərlə fərdlər arasında elə də fərq yoxdur. Ahıllıq gəlib çatandan sonra fərdlər keçmişə yaşadıqları, o zaman baş verənləri bir az da romantikləşdirib xatırlamaqla bundan təsəlli tapmağa çalışdıqları kimi belə demək mümkünsə, qoca millətlər də təqribən eyni şeyi edirlər. Daha çox keçmişə boylanırlar.
İkinci Qarabağ savaşından sonra isə biz millət olaraq gələcəyə fokuslanmışıq. Çünki artıq gənc dövlətin qoca milləti yox, gənc millətin qosqoca dövlətiyik. Adam gənc yaşalarında keçmişlə yaşamayıb ona görə gələcəyə fokuslanır ki, ondakı güc, enerji bunu diqqtə edir.
Millət olaraq indi qüdrətli keçmişimizi xatırlamaqdan çox, böyük gələcək haqqında düşünməyimizin səbəbi ikinci Qarabağ savaşındakı qələbəylə bağlıdır. Bu qələbə millətimizi gəncləşdirdi, yəni gücləndirdi və enerjiləndirdi.
Orasını da deyim ki, ikinci Qarabağ savaşı təkcə torpaq deyil, , dövlət və ruh uğrunda savaşıydı. Çünki Müzəffər Ali Baş Komandanımızın liderliyi ilə Azərbaycan bütün torpaqları üzərində suverenliyini tam təmin etməklə əsl dövlət olduğunu, bu adı bir çoxları kimi formal daşımadığını təsdiqlədi. Bunun böyük güclərin qarşı çıxmalarına rəğmən baş verməsi, bizi torpaq itkisi ilə barışdıra bilməmələri azərbaycanlı ruhunun onlarınkının üzərində qələbəsinin təntənəsidi. Ona görə cənab Prezident deyirdi ki, torpaqlarımızın işğaldan qurtarmasında həlledici faktor dövlətimizin gücü və xalqımızın ruhu idi.
Laçın Günün, Laçınlı günün mübarəkdir, Laçın millət!
Sahib Alıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Dekabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















