“Kəpəz” rəsmiləri Abramenkonun məzarını ziyarət edib
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Bu gün Gəncə futbolunun əfsanəsi, şəhərimizdə uşaq futbolunun inkişafında böyük xidmətlər göstərmiş Konstantin Abramenkonun anım günüdür.
Futbolpress.az xəbər verir ki, bu münasibətlə “Kəpəz” PFK-nin rəsmiləri, məşqçiləri və futbolçuları Gəncədəki Fəxri xiyabana baş çəkib, mərhumun məzarını ziyarət edib.
K.Abramenkonun məzarı üzərinə əklil və tər qərənfillər qoyulub, onun barəsində unudulmaz xatirələrdən söz açılıb.
Hamının “dyadya Kostya” kimi tanıdığı məşqçi Azərbaycan futboluna onlarla güclü oyunçu bəxş edib. Onun yetirmələri arasında Maşallah Əhmədov, Mahmud Qurbanov, Yunis Hüseynov, Mehman və Füzuli Allahverdiyev qardaşları, Asif Əliyev, Xaliq Mərdanov, Rövşən Əhmədov və digərlərinin adlarını çəkmək olar.
K.Abramenko Azərbaycanın əməkdar məşqçisi, eləcə də əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb.
Qeyri-adi məşqçilik bacarığına və yüksək insani keyfiyyətlərə malik “dyadya Kostya” 2005-ci il noyabrın 28-də, 82 yaşında doğma Gəncədə vəfat edib.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 28 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















