Icma.az
close
up
RU
Laçın şəhərinin bərpası və inkişafı yalnız regional deyil, həm də milli miqyasda prioritet sayılmaqdadır

Laçın şəhərinin bərpası və inkişafı yalnız regional deyil, həm də milli miqyasda prioritet sayılmaqdadır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Laçın şəhəri Azərbaycanın dövlətçilik tarixində, strateji təhlükəsizliyində və mədəni irsində misilsiz əhəmiyyət kəsb edən bir regiondur. Bu günü qeyd etmək, təkcə tarixi bir hadisəni xatırlamaq deyil, həm də işğaldan azadlığa, dağıntıdan dirçəlişə qədər uzanan mübarizə yolunu qiymətləndirmək və gələcək inkişaf perspektivlərini müəyyən etmək məqsədini daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması və 1930-cu ildə rayonun yaradılması, bu ərazinin Azərbaycanın suveren hüquqları çərçivəsində inzibati quruluşunun təşkilində mühüm mərhələ idi. Politoloqun fikrincə, bu tarixi qərarlar, Laçının coğrafi və siyasi əhəmiyyətini rəsmiləşdirdi və onun Zəngəzur dəhlizindəki strateji rolunu gücləndirdi, lakin Sovet dövründə regionun etnik-demoqrafik balansının qəsdən pozulması, gələcəkdə baş verəcək işğal üçün əlverişli şərait yaratdı.

Nicat İsmayılov

“18 may 1992-ci ildə Ermənistanın Laçını işğal etməsi, təkcə ərazi iddialarının deyil, həm də Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin təzahürü idi. Laçın dəhlizinin işğalı ilə Qarabağın Ermənistanla fiziki əlaqəsi təmin edildi və minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə göz ardı edilməsi və beynəlxalq humanitar hüququn kobud pozulması demək idi. İşğal dövründə Laçının tarixi və mədəni irsi sistematik şəkildə məhv edildi, iqtisadi potensialı ləğv edildi”-deyə politoloq bildirib.

Nicat İsmayılovun sözlərinə görə, Laçın rayonu zəngin hidroenerji resurslarına malikdir. Xocaz su anbarı və digər kiçik HES-lərin bərpası və yenidən qurulması, nəinki yerli iqtisadiyyatı canlandıracaq, həm də Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verəcək və bu sahədə investisiyaların cəlb edilməsi regionun sürətli bərpası üçün prioritet istiqamətdir.

“Laçının dağlıq relyefi və təbii çəmənlikləri heyvandarlıq, arıçılıq və balıqçılıq üçün ideal şərait yaradır. Məhsuldar otlaqların bərpası, arıçılıq və balıqçılıq fermalarının yaradılması, yerli əhalinin işlə təmin olunması və kənd təsərrüfatının müasir texnologiyalarla təchiz edilməsi bölgənin iqtisadi cəhətdən öz ayağı üstündə durmasına kömək edəcəkdir.

Laçının 2025-ci ildə "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsi, regionun mədəni irsinin bərpası və təqdimatı üçün unikal fürsətdir. Bu status, Laçının Azərbaycan mədəniyyətindəki rolunu dünyaya nümayiş etdirmək və turizm potensialını artırmaq üçün vacib bir addımdır. Mədəni layihələr, həmçinin regionun sosial cəhətdən dirçəlişinə də töhfə verəcək”-deyən Nicat İsmayılov qeyd edib ki, Cənab Prezident İlham Əliyevin 28 may 2023-cü ildə Laçına səfəri və şəhərin Baş Planının təqdimatı, regionun gələcək inkişaf strategiyasının əsasını qoydu və bu plan, Laçının müasir infrastruktur, ekoloji tarazlıq və sosial-iqtisadi rifah əsasında yenidən qurulacağını nəzərdə tutur.

“Dövlət başçısının qayğısı, azad edilmiş ərazilərin sürətli bərpası və əhalinin geri qaytarılması üçün Azərbaycan hökumətinin sərt iradəsini nümayiş etdirir. Laçın şəhəri, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin, işğalın ağır itkilərinin və qələbədən sonrakı dirçəlişin canlı nümunəsidir. 26 Avqustun "Laçın Şəhəri Günü" kimi qeyd edilməsi, bu torpaqların tarixi əhəmiyyətini və milli kimliyimizdəki yerini bir daha vurğulayır. Laçının bərpası və inkişafı, yalnız regional deyil, həm də milli miqyasda prioritetdir. Bu, Azərbaycan dövlətinin işğaldan sonra ərazilərini sürətlə bərpa etmək qabiliyyətini və vətəndaşlarına qayğısını nümayiş etdirir. Laçının gələcəyi – müasir infrastruktur, dinamik iqtisadiyyat və canlı mədəniyyət mərkəzi kimi formalaşdırılması, Azərbaycanın bütövlüyünün və qüdrətinin bir daha təsdiqidir. Yaşasın Azərbaycan! Yaşasın Laçın!” –deyə Nicat İsmayılov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri