Icma.az
close
up
RU
Tarixi zəfərin ünvanı Laçın ŞƏRH

Tarixi zəfərin ünvanı Laçın ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan tarixinin yaddaşında elə günlər var ki, həmin tarixlər yalnız təqvimdə bir gün kimi deyil, xalqın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətə olan inamının rəmzi kimi yaşayır. 26 Avqust — Laçın Şəhəri Günü də belə əlamətdar günlərdəndir. Bu tarix Laçının Azərbaycanın ayrılmaz hissəsi kimi öz doğma simasına qovuşmasını, şəhərin yenidən dirçəldilməsini və Böyük Qayıdış prosesinin mühüm mərhələlərindən birini ifadə edir.
Laçın Azərbaycan tarixində özünəməxsus yeri olan qədim və gözəl yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, dağları, meşələri, çayları və strateji coğrafi mövqeyi ilə seçilən bu şəhər xalqımızın yaddaşında xüsusi iz buraxıb. Lakin uzun illər ərzində Laçın və onun kəndləri işğal altında qalmış, minlərlə soydaşımız doğma yurdlarından məcburi köçkün düşmüşdür. İşğal dövründə şəhərin və kəndlərin infrastrukturu dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdur. Buna baxmayaraq, laçınlılar doğma torpağa qayıtmaq ümidini heç vaxt itirmədilər.
Azərbaycan xalqı bütün bu illər ərzində öz torpaqlarının azad olunacağına inanaraq yaşadı. Dövlətimizin məqsədyönlü siyasəti, ordumuzun güclənməsi və xalq-dövlət birliyi nəticəsində bu arzu reallığa çevrildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Daha sonra 2022-ci il avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi tarixi hadisə kimi Azərbaycan xalqının yaddaşına həkk olundu. Məhz bu səbəbdən 26 Avqust tarixinin Laçın Şəhəri Günü kimi qeyd olunması xüsusi məna daşıyır.
Laçının azadlığı hər şeydən əvvəl tarixi ədalətin bərpasıdır. Çünki Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmamış, beynəlxalq hüququn prinsiplərinə və ədalətin gec-tez qalib gələcəyinə inanmışdır. Laçının azad edilməsi göstərdi ki, tarixə və ədalətə söykənən haqq mövqeyi gec-tez öz nəticəsini verir. Bu gün Laçında dalğalanan üçrəngli Azərbaycan bayrağı həmin haqqın və Zəfərin rəmzidir.
Laçının azadlığı ilə qarşıda yeni və məsuliyyətli bir mərhələ — quruculuq və dirçəliş mərhələsi başladı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Laçının simasını da köklü şəkildə dəyişir. Yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, məktəblərin, xidmət müəssisələrinin və digər infrastrukturun yaradılması şəhərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır.
Bu prosesin ən mühüm məqsədlərindən biri isə insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Laçınlıların öz ata-baba torpaqlarına qayıtması təkcə sosial hadisə deyil, həm də böyük mənəvi əhəmiyyət daşıyır. İllər əvvəl yurd həsrəti ilə yaşayan insanların bu gün öz evlərinə qayıtması tarixi ədalətin real həyatda təntənəsidir. Doğma torpaqda yenidən qurulan evlər, məktəblər, parklar və küçələr Laçının həyatının yenidən canlandığını göstərir.
Laçının dirçəldilməsi həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış əraziləri yenidən qurmaq deyil, bu torpaqlarda müasir, təhlükəsiz və dayanıqlı həyat şəraiti yaratmaqdır. Laçının gələcək inkişafı onun təbii və turizm potensialından səmərəli istifadə, müasir infrastrukturun qurulması və şəhərin iqtisadi imkanlarının genişləndirilməsi ilə bağlıdır.
Laçın təbiətinin gözəlliyi ilə də Azərbaycan üçün böyük sərvətdir. Dağlıq relyefi, zəngin meşələri, mineral suları və bənzərsiz mənzərələri bu bölgənin turizm imkanlarını artırır. Yenidən qurulan Laçın gələcəkdə Azərbaycanın ən mühüm turizm və istirahət mərkəzlərindən birinə çevrilə bilər. Bununla yanaşı, burada yaradılan yeni imkanlar yerli əhalinin məşğulluğuna və regionun iqtisadi inkişafına da mühüm töhfə verəcək.
26 Avqust — Laçın Şəhəri Günü həm də gənc nəslin milli yaddaşının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, bu gün əldə olunan Zəfərin arxasında uzun illər davam edən mübarizə, xalqımızın iradəsi, şəhidlərimizin canı və qazilərimizin qəhrəmanlığı dayanır. Azad Laçın bizə Vətən sevgisinin, milli birliyin və dövlətə bağlılığın necə böyük gücə çevrildiyini göstərir.
Bu baxımdan Laçın Şəhəri Günü sadəcə bir şəhərin azadlığının qeyd edilməsi deyil. Bu gün bütövlükdə Azərbaycan xalqının öz tarixi torpaqlarına bağlılığının, milli iradəsinin və dövlətçilik əzminin ifadəsidir. Laçının azadlığı Azərbaycan tarixinin yeni səhifəsinin başlanğıcıdır. Bu səhifədə həm Zəfər, həm qayıdış, həm də quruculuq və inkişaf anlayışları xüsusi yer tutur.
Bu gün Laçına nəzər salarkən dağıntıların deyil, yenidən həyat qazanmış bir şəhərin mənzərəsini görmək ən böyük sevinc mənbəyidir. Zaman keçdikcə burada yeni nəsillər böyüyəcək, məktəblərdə uşaqlar təhsil alacaq, küçələrdə həyat canlanacaq və Laçının adı Azərbaycanın inkişaf edən şəhərləri sırasında daha da ucalacaq.
26 Avqustun əsas mesajı məhz budur: tarixi ədalət bərpa olunanda torpaq yalnız azad edilmir, həm də yenidən həyata qaytarılır. Laçının azadlığı xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq. Bu gün azad Laçın Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və gələcəyə inamının parlaq nümunəsidir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri