Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Laçın Zirvə görüşü: Azərbaycan Türkiyə Pakistan mənəvi strateji birliyinin real təsdiqi

Laçın Zirvə görüşü: Azərbaycan Türkiyə Pakistan mənəvi strateji birliyinin real təsdiqi

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


28 May – Müstəqillik Günü münasibətilə Laçında keçirilən tədbirlər Azərbaycanın müasir tarixində həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyan hadisə kimi yadda qaldı. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesinin konkret nəticələri fonunda reallaşan görüşlər, eyni zamanda regionda yaranmış yeni geosiyasi reallıqların təsdiqi nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir. Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəlməsi, həmçinin üç qardaş ölkə arasında möhkəm dostluq, ortaq tarix və mənəvi birliyin simvolik təzahürü kimi səciyyələnir.
Uzun illər işğal altında qalan Laçın ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı haqlı və ədalətli mübarizənin nəticəsində azad edilib. Burada keçirilən tədbirlər və dost ölkələrin liderlərinin iştirakı göstərdi ki, xalqımız bu torpaqlara siyasi-iqtisadi və mədəni müstəvidə tam və qətiyyətli şəkildə qayıdır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər azad edilmiş ərazilərin artıq dövlət suverenliyinin rəmzinə çevrildiyini bir daha təsdiqləyir.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli Zirvə görüşü beynəlxalq münasibətlər sistemində yeni və unikal tərəfdaşlıq modelinin formalaşdığını nümayiş etdirir. Bu formatda keçirilən görüş ortaq tarixi köklərə, ümumi dəyərlərə və strateji maraqlara əsaslanan üç qardaş ölkənin sarsılmaz həmrəyliyini və çoxtərəfli əməkdaşlığa sadiqliyini açıq şəkildə ortaya qoyur. Bu görüş ölkəmizin suveren ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə verilən yüksək səviyyəli dəstəyin göstəricisi olmaqla yanaşı, üç dövlət arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın artıq konkret nəticələr doğurduğunu da sübut edir. Dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır: “Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək”.
Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində sosial-iqtisadi dirçəliş, müasir infrastrukturun qurulması, milli-mədəni irsin bərpası və davamlı strateji inkişaf uğurla həyata keçirilir. Ağıllı kənd layihələri, müasir yol və enerji infrastrukturu, təhsil və səhiyyə müəssisələrinin tikintisi, məşğulluq imkanlarının yaradılması və əhalinin məskunlaşması bu ərazilərdə yeni həyatın başlanğıcını ifadə edir.
Azərbaycan uzun illər beynəlxalq müstəvidə ədalətsizlik və ikili standartlarla üzləşsə də, heç zaman öz haqlı mövqeyindən geri çəkilməyib. Dövlətin qətiyyətli siyasəti, xalqın nümayiş etdirdiyi sarsılmaz milli həmrəylik, güclü iqtisadi əsaslar və müasir hərbi potensial ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Bu uğur təkcə hərbi qələbə deyil, həm də siyasi iradənin, strateji dözümlülüyün və beynəlxalq hüquqa söykənən prinsipial mövqeyin təntənəsidir.
Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizədə daim Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini hiss edib. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bu ölkələrin açıq və prinsipial mövqeləri, dövlətimizin ədalətli mövqeyinə dəstək vermələri qlobal ictimai rəyə ciddi təsir göstərmişdir. Bu dostluq postmünaqişə dövründə də davam edir, mənəvi cəhətdən xalqımıza verilmiş yüksək dəyər kimi qəbul olunur. Bu, regionda tərəfdaşlığa əsaslanan sülh modelinin yaradılması baxımından nümunəvi yanaşmadır.
Laçında keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycan, Türkiyə və Pakistan regional və qlobal çağırışlara qarşı birgə cavab verməyə, möhkəm siyasi iradə və ortaq strateji baxış əsasında hərəkət etməyə qadirdirlər. Gələcəkdə bu üç ölkə arasında müdafiə sənayesi, enerji, nəqliyyat, texnologiyalar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı istiqamətində irimiqyaslı layihələr icra ediləcək. Bu əməkdaşlıq modeli, eyni zamanda İslam dünyasında inteqrasiya və qarşılıqlı həmrəyliyin gücləndirilməsi baxımından mühüm bir platforma kimi çıxış edir. Dövlətlərarası münasibətlərdə yüksək etimad və koordinasiya mövcuddur və bu, gələcək layihələrin uğurla reallaşmasına zəmin yaradır. Prezident İlham Əliyev qeyd edib ki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik”.
Nəticə etibarilə, Laçın Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunu artıran, dost və tərəfdaş ölkələrlə münasibətləri daha da möhkəmləndirən, regionda sülh və əməkdaşlıq imkanlarını genişləndirən mühüm mərhələ kimi tarixə düşüb. Bu, eyni zamanda üç qardaş ölkənin ortaq dəyərlərə əsaslanan gələcək inkişaf modelinə olan dərin inamın və strateji birliyin rəmzi kimi dəyərləndirilir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 May 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri