Icma.az
close
up
RU
Laçın Zirvəsi: Azərbaycan Türkiyə Pakistan birliyinin təntənəsi

Laçın Zirvəsi: Azərbaycan Türkiyə Pakistan birliyinin təntənəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən Zirvə görüşü dərin siyasi məzmun və tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı çıxışında həm Azərbaycan, həm dost və tərəfdaş ölkələr, eləcə də regionumuz üçün olduqca aktual olan məsələlərə toxunub. Azərbaycan Prezidenti azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı ilə bağlı əhəmiyyətli fikirlər səsləndirib. Həmçinin regional əməkdaşlığın möhkəmləndirilməsi və sülh gündəminin təşviqi baxımından üçtərəfli əməkdaşlığın rolunu vurğulayıb.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə formatında bir araya gəlməsi siyasi, strateji və mənəvi müstəvidə tarixi əhəmiyyət kəsb edir. Üç qardaş ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından bu Zirvə görüşü regional əməkdaşlığın yeni mərhələsinə yol açan mühüm hadisə kimi xarakterizə olunur. Bu görüş həm işğaldan azad olunmuş torpaqlarda yeni həyatın qurulması, həm də birgə dəyərlər üzərində qurulmuş münasibətlərin gələcək inkişaf perspektivlərini əks etdirməsi fonunda xüsusilə təqdirəlayiqdir. Tarixi toplantı müstəqil qərarvermə qabiliyyətinə malik güclü dövlətlərin sülh, təhlükəsizlik və əməkdaşlıq istiqamətində ortaq iradəsinin nümayişi rolunda çıxış edir.
Laçın uzun illər düşmən tapdağında qalmış, lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra azad edilərək Böyük Qayıdış prosesinə start verilmiş ərazilərdən biridir. Azadlıq və qayıdışın simvoluna çevrilmiş tarixi məkanda dövlətimizin başçısının çıxışı ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsinin və bu şərəfli yolda sərgilədiyi siyasi qətiyyətin daha bir təzahürüdür.
Ərazi bütövlüyünün bərpası yolunda qarşıya çıxan ədalətsizliklərə və ikili standartlara rəğmən, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb. Dövlətimizin iqtisadi gücü, hərbi potensialı və milli həmrəyliyin vəhdəti sayəsində əldə edilən tarixi qələbələr bu gün regionun gələcəyini müəyyənləşdirən mühüm strateji baza rolunu oynayır. Dövlətimizin başçısının vurğuladığı kimi, güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.
Dost və qardaş ölkələrin həm işğal dövründə, həm də postmüharibə mərhələsində verdiyi mənəvi-siyasi dəstək xüsusilə əhəmiyyətlidir. İşğal dövründə Türkiyə və Pakistan daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib, beynəlxalq tribunalarda ədalətin və hüququn bərpası naminə prinsipial və ardıcıl çıxış ediblər. Dövlətimizin başçısı qeyd edib ki, biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk: “Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üçtərəfli əməkdaşlıq modeli artıq regional və qlobal məsələlərdə mühüm faktora çevrilməkdədir. Bu dostluq, qardaşlıq və etibarlı tərəfdaşlıq müstəvisində formalaşan münasibətlər gələcək nəsillər üçün də yeni imkanlar vəd edir.
Bütövlükdə, Zirvə görüşü yeni bir mərhələnin göstəricisidir. Bu, yalnız qələbənin deyil, həm də dostluğun, həmrəyliyin və ortaq gələcəyin təntənəsidir. Azərbaycan, Türkiyə və Pakistan artıq sübut ediblər ki, onlar yalnız çətin günlərin deyil, eyni zamanda quruculuq, inkişaf və sabitliyin birgə tərəfdaşlarıdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri