Icma.az
close
up
RU
Laçın zirvə görüşü geoiqtisadi və strateji tərəfdaşlıqda yeni mərhələnin bünövrəsini qoymuş oldu ŞƏRH

Laçın zirvə görüşü geoiqtisadi və strateji tərəfdaşlıqda yeni mərhələnin bünövrəsini qoymuş oldu ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mingəçevir, 2 iyun, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Mingəşevir ziyalısı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq İnqilab Şirinlinin Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə dair şərhini təqdim edirik.

Yeni güc mərkəzinin ayaq səsləri

28 May - Müstəqllik Günündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunan sayca üçüncü beynəlxalq hava limanının - Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Bu tarixi hadisə dünyanın bir çox aparıcı ölkələri tərəfindən diqqətlə izlənildi. Hərbi və siyasi təhlil mərkəzləri olduqca mühüm strateji bir ərazidə, Şərqi Zəngəzurda beynəlxalq əhəmiyyətli, müasir tələblərə cavab verən hava limanının fəaliyyətə başlamasını fərqli prizmalardan şərh etdilər.

Hava limanının açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü isə üç ölkə arasında formalaşan “qardaşlıq ittifaqı”nın strateji tərəfdaşlığa transformasiya edilməsi üçün mühüm addım oldu. Bu birlik yeni dünya düzəni içərisində alternativ əməkdaşlıq platforması rolunu da önə çıxardı, eyni zamanda, Laçın görüşü regional güc balansında mühüm dönüş nöqtəsi hesab olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışı bir sıra vacib siyasi-strateji mesajlarla diqqət çəkdi və bu çıxışı bir neçə aspektdən dəyərləndirmək mümkündür.

Qarşılıqlı dəstək, təhlükəsizlik, etimad və sülh prosesinə sadiqlik

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Laçın Zirvə görüşündə Qarabağ, Kəşmir və Şimali Kipr məsələlərində qarşılıqlı dəstəyin ifadə olunması, Hindistan-Pakistan qarşıdurmasında dialoqa çağırış, BMT nizamnaməsinə uyğun həll yollarınının vacibliyinin önə çəkilməsi vacib məqamlardan bir kimi dəyərləndirlməlidir. Bu, həm də hər üç ölkənin beynəlxalq hüquqa münasibətinin ifadəsidir.

İqtisadi əlaqələr və qarşılıqlı investiya imkanları

Zirvə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Laçın Zirvə görüşündə, həmçinin iki önəmli nəqliyyat layihəsinin - Şimal-Cənub Nəqliyyat Dəhlizinin və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) müzakirə olunması həm iqtisadi, həm də strateji hədəflər baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu marşrutlar Çin, Hindistan, Mərkəzi Asiya və Avropanı birləşdirən geostrateji bağlantılar sistemi olmaqla yanaşı, qlobal təsirlərə malik layihənin tərkib hissəsidir. Orta Dəhliz, xüsusilə Çin və Avropa arasında Sakit okean və Atlantik okeanlarını birləşdirən vacib alternativ yoldur. Bu dəhlizlər vasitəsilə ticarət həcminin çoxaldılması, logistik səmərəliliyin yüksəldilməsi və bölgənin geoiqtisadi əhəmiyyətinin artırılması qarşıya qoyulan hədəflərdən birdir. Dövlət başçıları bu layihələrdə üç ölkənin koordinasiyalı şəkildə çalışmasının vacibliyini vurğulayıblar. Nəzərə alsaq ki, mövcud dünya düzənində ənənəvi təhlükəsizlik arxitekturası öz əhəmiyyətini itirərməkdədir, belə olan halda Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələrin birliyi yeni güc balansı əsasında təhlükəsizlik sferası formalaşdırır. Bu üçtərəfli əməkdaşlıq yalnız siyasi, iqtisadi, mədəni sahələrlə məhdudlaşmır, eyni zamanda, müdafiə sənayesini və hərbi əməkdaşlığı da təşviq edir.

Bir sözlə, bölgə üçün əhəmiyyətli strateji nöqtədə yerləşən Laçın şəhərində keçirilən bu Zirvə görüş həm regional sabitliyin, təhlükəsizliyin, həm də ədalətə söykənən beynəlxalq hüququn təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Laçından dünyaya verilən siyasi mesajlar, səsləndirilən fikirlər, aparılan müzakirələr yeni dövrün siyasi bəyannaməsi və güc balansının dəqiqləşdirilmiş xəritəsi kimi oxunmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Laçın zirvə görüşü mühüm geosiyasi önəm daşımaqla bərabər, geoiqtisadi və strateji tərəfdaşlıqda yeni mərhələnin, həmçinin geosiyasi ittifaqın bünövrəsini qoymuş oldu. Obrazlı şəkildə desək, dünya düzənində yeni bir xətt var: Bakı-Ankara-İslamabad...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri