Icma.az
close
up
RU
Laçında anım mərasimi FOTOLAR

Laçında anım mərasimi FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Bakı Abadlıq Xidməti”nə bağlı olan “Laçın Abadlıq Xidməti”nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəs atəşə tutulub. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.

Qeyd edilib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub: “Ulu Öndər həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib”.

Xüsusi nümayəndə daha sonra Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. İndi doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağı əzəmətlə dalğalanır. Bu torpaqlarda böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır və ölkəmiz güclü dövlətə çevrilib.

Daha sonra Laçın rayon ağsaqqalı Osman Həsənov və şəhid Vaqif Salmanovun qızı Vüsalə Salmanzadə çıxış edərək, 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətini, azadlıq mübarizəmizdə oynadığı mühüm rolu və şəhidlərimizin igidliyini vurğulayıblar.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və “Silahdaşlar” adlı sənətli film nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri