Icma.az
close
up
RU
Laçında “Heydər Əliyev Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib

Laçında “Heydər Əliyev Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Laçın, 8 may, Aydın Yavərzadə, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər ” mövzusunda konfrans keçirib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə konfans iştirakçıları Laçın şəhərinin Seyrangah ərazisində şagirdlərin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş, işğaldan azad edilmiş ərazilərin tarixi abidələri və vətənpərvərlik nümunələrini əks etdirən əl işləri sərgisi ilə tanış olublar. Məktəblilər arasında təşkil olunmuş şahmat yarışı izlənildikdən sonra ədəbi-bədii kompozisiya təqdim edilib.

Laçın şəhər 2 nömrəl tam orta məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik irsindən bəhs edən videosüjet nümayiş olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov vurğulayıb ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı vurğulayıb ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər hər zaman Azərbaycanı qüdrətli ölkəyə çevirmək istəyirdi: “Ulu Öndər bu yolda qəti addımlar atıb, əməli işlər görüb. İqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurub”.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Məclisin deputatı Rövşən Muradov Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini vurğulayıb: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib”.

Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlova, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri Şəbnəm Uğurlu çıxış ediblər. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək, otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edib, şanlı Azərbaycan bayrağı Vətənimizin qürur simvolu olan Şuşada, Laçında və işğaldan azad olunmuş bütün ərazilərdə dalğalanır. Qeyd edilib ki, ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaradıb, ölkəmizin nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə yüksəlib.

Konfransda Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə fəxri fərmanlar, partiyaya yeni qəbul olunmuş üzvlərə vəsiqələr, eləcə də Laçın rayon ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı və bədii qiraət müsabiqələrinin qaliblərinə təşəkkürnamələr təqdim edilib. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının dəstəyi ilə Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi fləşmob izlənilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri