Laçında klassik musiqi gecəsi keçirilib
Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Xocazfilm” kinoteatrında unudulmaz bir bayram yaşanıb
Laçın şəhərindəki “Xocazfilm” kinoteatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri zərif tərtib olunmuş konsert proqramı ilə çıxış edərək qonaqlara klassik və xalq musiqisindən ibarət unudulmaz bir bayram yaşadıb.
AYNA.AZ xəbər verir ki, “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin bağlanış mərasimi çərçivəsində keçirilən gecədə Üzeyir Hacıbəyli, Qara Qarayev və Arif Məlikovun əsərləri səsləndirilib. “Arazbarı”, “Arşın mal alan” operettasından, “Yeddi gözəl” baletindən melodiyalar, “Qızların rəqsi” və digər musiqi nömrələri qonaqlarda dərin və unudulmaz təəssüratlar yaradıb.
Baxış sayı:146
Bu xəbər 30 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















