Laçında növbəti əmək yarmarkası olacaq
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir oktyabrın 29-u saat 11:00-da Laçın şəhərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin “Laçın” İstirahət Kompleksində təşkil olunacaq.
İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















