Icma.az
close
up
RU
Laçında qardaşı müğənni bala görə öldürülməyib? TƏFƏRRÜAT

Laçında qardaşı müğənni bala görə öldürülməyib? TƏFƏRRÜAT

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon şöbəsinin sədri, müğənni Səfər Quliyevin (Səfər Laçınlı) qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

Mərhumun qayını Tələt Fərhadov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, həm S.Quliyev, həm də hadisəni törətməkdə şübhəli bilinərək həbs olunan qardaşı Xasay Quliyev Birinci Qarabağ müharibəsinin veteranlarıdır.

“Səfərlə Xasay Birinci Qarabağ müharibəsində üç il bir yerdə döyüşüblər. Onlar təkcə qardaş yox, həm də yaxın dost olublar. Çox mehriban qardaşlar idi. Bu gün biz özümüz, yaxın qohumlar, Səfərlə Xasayı tanıyan hamı şokdadır”.

Hadisənin necə baş verdiyinə və səbəbinə gəlincə, T.Fərhadov bu suallara cavab tapmadıqlarını, hələlik heç nəyin məlum olmadığını söyləyib.

“Avqustun 12-də axşam saat 18 radələrində bacımdan mənə zəng gəldi ki, bəs Səfəri vurdular. Kim vurdu? Sözünün davamını deyə bilmədi, əlaqə kəsildi. Biz də qohumlara, tanıdığımız adamlara zəng vurduq. Eşitdik ki, Xasay müəllim Səfər müəllimi vurub. Xasay orta məktəb müəllimidir. Onlar çox yaxşı qardaş olublar”.

T. Fərhadov hadisə barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığını deyib:

“Guya Xasay Səfəri məhsula, bala görə öldürüb. Əslində elə bir şey ola bilməz. Çünki Səfər arıdan ildə 50 kilo bal götürürdüsə, onun 30 kilosunu pay verirdi. Bala görə o qardaşlar arasında mübahisə ola bilməz, bir-birlərinə əl qaldırmazlar. Bu mümkün olan iş deyil.

Həmçinin oxuyun:

Qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş – VİDEO

Bu gün oğlu, yoldaşı, digər doğmaları heç kim bilmir ki, hadisə nəyə görə olub, səbəb nədir. Hamı şokdadır”.

Qaynı bildirib ki, mərhum Səfər Quliyev daim camaat içində olan, məclislərdən qalmayan, ictimai baxımdan fəallıq göstərən adam idi:

“Səfər çox şəxsiyyətli müğənni, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon şöbəsinin sədri idi. 44 günlük Vətən müharibəsində yaşına görə döyüşməsə də, daimi əsgərlərin yanında idi, əlindən gələni edirdi. Xasay müəllim də həmçinin qeyrətli, namuslu oğlandır. İkisi də döyüşçü olub”.

T.Fərhadov hazırda istintaq getdiyini, bütün məsələlərin sonda aydınlaşacağına ümid bəslədiyini vurğulayıb.

Qeyd edək ki, qətl hadisəsi avqustun 12-də Laçın rayonunun Fingə kəndində baş verib. Səfər Quliyev həmin ərazidə qətlə yetirilib.

Mərhumun qardaşı Xasay Quliyev

hadisəni törətməkdə şübhəli bilinərək həbs olunub. Faktla bağlı Laçın Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri