Icma.az
close
up
RU
Laçında Zəfər təntənəsi

Laçında Zəfər təntənəsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəbnəm UĞURLU
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini, Qabaqcıl təhsil işçisi, Laçın şəhər sakini

Mayın 28-də Laçın şəhərində keçirilən Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir təkcə Azərbaycanın dövlətçilik tarixində yox, eyni zamanda minlərlə insanın şəxsi taleyində də yeni bir səhifənin başlanğıcı oldu. Bu günün yalnız təqvimdəki əlamətdar bir tarix deyil, həm də milli dirçəlişin və azadlıq fəlsəfəsinin konkret məkan və zamanla birləşdiyi an kimi yadda qalması, tədbirin məhz Laçında keçirilməsi xüsusi siyasi və mənəvi anlam kəsb edirdi.

30 ildən artıq bir müddətdə doğma yurd yerlərindən didərgin düşmüş, hər bayramda gözü dağlarda, ruhu torpağında qalmış on minlərlə azərbaycanlının öz torpağına qayıdışı reallıq, möhkəmlənmiş dövlət iradəsi, xalqın səbir və qürurla dolu qələbəsidir. Bu tədbir Azərbaycan dövlətinin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, ədalətin tarixi torpaqlar üzərində bərpası, milli kimliyin tam və bütöv şəkildə təsdiqi demək idi. Prezident İlham Əliyevin tədbirdəki çıxışında səsləndirdiyi "Bu gün biz Laçında, Azərbaycanın azad olunmuş torpağında Müstəqillik Gününü qeyd edirik. Bu, tarixdir. Bu, Zəfərimizin bəhrəsidir. Bu gün biz müstəqil, qalib, azad və güclü dövlətdə yaşayırıq" sözləri bu bayramın təkcə simvolik deyil, həm də real siyasi nəticələrin təzahürü olduğunu ifadə edirdi.

Bu qürurlu gündə üç dövlətin Laçının səmalarında ucalan bayrağı diplomatik əməkdaşlığın nümunəsi olmaqla bərabər, həm də birgə ədalət anlayışının simvolu idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycan xalqının mübarizəsini "ədalət uğrunda sarsılmaz bir iradə nümunəsi" adlandıraraq bildirdi: "Azərbaycanın mübarizəsi təkcə öz haqqı üçün deyil, bölgədə sülh, sabitlik və ədalətin bərpası üçün aparılmış bir mübarizədir. Biz bu gün burada olmaqla tarixə şahidlik edirik". Onun bu sözləri qardaş xalqlar arasında tarixi həmrəyliyin və ortaq gələcəyin təsdiqi idi.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif isə öz növbəsində Azərbaycanın haqq işinə verdikləri mənəvi və siyasi dəstəyi vurğulayaraq dedi: "Azərbaycanın bu Zəfəri təkcə sizin deyil, bizim də qələbəmizdir. Biz burada olmaqla azadlığın təntənəsinə, qardaşlığın gücünə şahidlik edirik".

Dövlət başçılarının öz çıxışlarında səsləndirdikləri fikirlər də göstərdi ki, Laçında keçirilən bu tədbir beynəlxalq siyasi kontekstdə mühüm simvolik əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və azad olunmuş ərazilərdə suveren hakimiyyətini təmin etməsi regionda yeni bir təhlükəsizlik arxitekturasının əsasını qoyub və bu tədbir həmin prosesin növbəti mərhələsini - mülki həyatın, ictimai sabitliyin və tarixi yaddaşın yenidən bərpa olunmasının zirvəsini təşkil edir. Bu gün Laçına köçən hər bir vətəndaş sadəcə bir evə qayıtmadı, həm də yeni, şərəfli bir tarixin növbəti səhifələrini yazdı. Bu qayıdışın arxasında duran illərlə səssizcə çəkilən iztirab, qurulan ümid, vətən üçün edilən dualar, müvəqqəti düşərgələrdə böyüyən uşaqların ürəyində yurd arzusu vardı. Bu tədbirdə iştirak edən həmin insanlar üçün bayramın adı "müstəqillik", mənası isə "qayıdış" idi. O qayıdış ki, çadırda doğulan körpə bu gün artıq azad və yenidən qurulmuş Laçında dövlət tədbirində iştirak edirdi. Bu tədbir Azərbaycan xalqının təkcə torpağa deyil, kimliyinə, mənəviyyatına, öz haqqına sahib çıxmasının təntənəsidir. Mərasim boyu səslənən musiqilər, bayraqların harmoniyası, rəsmi protokolun ardında gizlənən sevinc dolu baxışlar, xalqla dövlətin eyni meydanda, eyni duyğuda birləşməsi bu günü hisslərlə dərk edilən anlara çevirdi. Burada bayram edən xalqın sevincini yalnız musiqi və alqışlar deyil, gözlərdəki nur, ruhdakı yüngüllük, torpaqda yenidən doğulmuşluq hissi ifadə edirdi. Dövlətin gücü, xalqın dözümü birləşərək bu tədbiri müasir Azərbaycanın siyasi iradəsinin və mənəvi ucalığının simvoluna çevirdi.

Laçın bu gün azad şəkildə nəfəsini alırsa, bu, təkcə hərbi zəfərin yox, həm də ədalətli siyasətin, xalq sevgisinin, mənəvi kökün dərinliyinin təzahürüdür. 28 May 2025-ci il - Laçında yazılan bu səhifə təkcə bir günün xronikası deyil, Azərbaycanın gələcəyinə yazılmış vətənsevərliyin, dövlətçilik iradəsinin və bəşəri dəyərlərin birgə manifestidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri