Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Laçından dünyaya verilən mesaj: Bu torpaqlarda müharibə yox, sabitlik və inkişaf hökm sürəcək

Laçından dünyaya verilən mesaj: Bu torpaqlarda müharibə yox, sabitlik və inkişaf hökm sürəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

İsmayıllı, 29 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İsmayıllı ziyalısı Günay Rzayevanın ötən gün Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündən bəhs edən məqaləsini təqdim edirik.

Şərqdə ilk demokratik və parlamentli respublika kimi tarixdə iz buraxan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünü xalqımız bu gün böyük qürur və iftixarla qeyd edir. 1918-ci il mayın 28-də qurulan Cümhuriyyət insan hüquqlarının qorunması, qadınlara seçki hüququnun verilməsi, azad mətbuatın təşviqi və parlament idarəçiliyinin formalaşdırılması ilə dövrünün qabaqcıl ideyalarını həyata keçirmişdi.

Bu demokratik ənənələr 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yenidən dirçəldildi və müasir dövrdə daha da möhkəmləndirildi. Bu gün Azərbaycan Respublikası həmin ideyaların davamçısı olaraq hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm uğurlar qazanmaqdadır.

2020-ci ildə Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi. Bu, təkcə hərbi qələbə deyildi. Bu, yüz minlərlə insanın illərlə yaşadığı həsrətə son qoyan, bir xalqın haqq mübarizəsinin şanlı zirvəsiydi. Bu Zəfər həm də Vətənə qayıdışın, ruhun dirçəlişinin, millətin birliyinin təntənəsi oldu.

“Biz dağıtmaq yox, qurmaq istəyirik. Biz istəyirik ki, Cənubi Qafqazda müharibənin yerini sülh, qarşıdurmanın yerini əməkdaşlıq, nifrətin yerini qarşılıqlı hörmət tutsun” – Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın post-münaqişə dövründə tutduğu prinsipial mövqenin aydın ifadəsidir.

Bu gün Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarda həyatın yenidən bərpası, şəhərlərin, kəndlərin qurulması, insanların ləyaqətlə geri qayıtması üçün böyük və sistemli işlər görür. Bu quruculuq prosesi təkcə fiziki deyil, həm də mənəvi dirçəlişin göstəricisidir. Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlar isə region dövlətlərinə əməkdaşlıqla irəliləmə fürsəti verir.

Ötən gün, Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümündə Laçın şəhəri mühüm və rəmzi bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Müstəqillik və azadlıq ideallarının təcəssümü olan bu əlamətdar gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif birlikdə Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış oldular. Bu yüksək səviyyəli səfər təkcə regionun inkişafına verilən əhəmiyyətin göstəricisi deyil, eyni zamanda dostluq, qardaşlıq və strateji əməkdaşlığın real təcəssümüdür. Qarabağ torpaqlarında bir zamanlar səngər olmuş ərazilərin bu gün tikinti meydanlarına çevrilməsi, dağıntıların yerində müasir şəhərlərin inşa edilməsi Azərbaycanın quruculuq iradəsinin və sülhə sədaqətinin bariz nümunəsidir. Üç qardaş ölkənin liderlərinin birgə Laçına səfəri həm də dünyaya verilən mühüm mesaj idi: bu torpaqlarda müharibə yox, sabitlik və inkişaf hökm sürəcək. Bu birlik və həmrəylik bölgənin gələcəyinə yönəlmiş ortaq baxışların, eyni zamanda, tarixi-mədəni bağların gücləndirilməsinin sübutudur.

Laçın bu gün sadəcə coğrafi məkan deyil, regionda barış, əməkdaşlıq və tərəqqinin simvoluna çevrilir. Burada atılan hər bir təməl, çəkilən hər bir yol, salınan hər bir park gələcəyə olan ümidi, bölgədə formalaşan yeni reallıqları və Azərbaycanın bu reallıqlardakı lider rolunu nümayiş etdirir.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü yalnız siyasi hadisə olmaqla kifayətlənmir – bu, həm də regiondan dünyaya ünvanlanan güclü tərəfdaşlıq və sabitlik mesajıdır.

Səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni yolların və müasir infrastrukturun təqdim olunması Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası istiqamətində göstərdiyi iradənin və qətiyyətin bariz nümunəsidir.

Dünyaya öz gücünü sübut etmiş müstəqil Azərbaycan təcrübəsi ilə nümayiş etdirir ki, sülh təkcə müharibənin başa çatması deyil, qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan yeni münasibətlər sisteminin qurulmasıdır.

Bu gün Azərbaycan regionda sülhə çağıran və bu istiqamətdə real addımlar atan nüfuzlu dövlətdir. 107 yaşlı dövlətin bu çağırışı təkcə siyasi deyil, eyni zamanda, dərin mənəvi və tarixi dəyər daşıyır.

Azərbaycan artıq təkcə bölgədə deyil, bütün dünyada sülh və sabitliyin tərəfdarı kimi çıxış edən, öz mövqeyini cəsarətlə ifadə edə bilən güclü və etibarlı bir dövlətə çevrilib. Bu güc yalnız hərbi sahədə deyil, eyni zamanda, iqtisadi potensialda, diplomatik bacarıqda və möhkəm milli birlikdə öz əksini tapır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri