Icma.az
close
up
RU
Laçından dünyaya verilən mühüm mesaj Yeni tarazlaşdırıcı qüvvə və ya orta güc

Laçından dünyaya verilən mühüm mesaj Yeni tarazlaşdırıcı qüvvə və ya orta güc

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“28 May – Müstəqillik günündə işğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edir. Üç qardaş ölkənin liderlərinin  - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı  ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkir. Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqlik Laçında bir daha öz təsdiqini tapdı.  Üç ölkə arasında mövcud münasibətlər sadəcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Burada ortaq milli kök, tarix, dil, mədəniyyət və din, eyni zamanda ideoloji yaxınlıq və strateji vizyonun uyğunluğu vacib rol oynayır. Pakistan Ermənistanı bu günə qədər tanımayan yeganə ölkədir və bu, Azərbaycanın ərazi bütövlüyünə olan prinsipial dəstəyin göstəricisidir. Türkiyə isə 44 günlük Vətən müharibəsi zamanı və sonrakı illərdə həm siyasi, həm iqtisadi, həm də texniki-hərbi sahələrdə Azərbaycanın əsas tərəfdaşı kimi çıxış edib. Ölkəmiz də hər zaman Türkiyə və Pakistanın yanında olub, onların milli maraqlarını dəstəkləyib.  Bu mənada işğaldan azad edilmiş Şərqi Zəngəzurda üç qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Mehriban Vəliyeva bildirib.

Azərbaycanın ən yüksək hündürlükdə yerləşən hava limanı olan Laçın Beynəlxalq Hava Limanının regionun logistik, hərbi və turizm baxımından inkişafında mühüm rol oynayacağını qeyd edən millət vəkili bildirdi ki,  Laçın şəhərinə 30 km, Şuşaya 70 km, Kəlbəcərə 60 km məsafədə yerləşən bu hava limanı Qarabağ bölgəsini beynəlxalq hava nəqliyyat şəbəkəsinə birləşdirəcək: "Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur bölgəsinin geosiyasi mərkəzinə çevriləcək. Liman Azərbaycanın nəqliyyat təhlükəsizliyi və müdafiə logistikası baxımından strateji mövqedə yerləşir. Hava limanının digər əhəmiyyəti isə Azərbaycanın yer aldığı Orta dəhlizdəki rolunu daha da artıracaq. Laçındakı açılış mərasimi Türkiyə-Azərbaycan-Pakistan ittifaqının çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı qüvvə və ya “Orta güc” olduğunu təsdiq etdi.

Azərbaycan, Türkiyə və Pakistan “Qlobal Cənub” adlanan inkişaf etməkdə olan ölkələr blokunda ortaq maraqları müdafiə edən səs blokuna çevrilirlər. Bu birlik Çin və Qərb arasındakı qlobal geosiyasi rəqabətdə balanslaşdırıcı diplomatik güc formalaşdırır. Cənab Prezident İlham Əliyevin də hava limanının açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi,  Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Laçında keçirilən ikinci üçtərəfli Zirvə görüşü  bir daha strateji əməkdaşlığımızı təsdiqlədi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində üç ölkə liderinin, özü də Azərbaycanın müstəqillik günündə bir araya gəlməsi böyük rəmzi məna daşıyır. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın dəstəyi Azərbaycan dövlətinə, ordusuna, xalqımıza ruh yüksəkliyi, güc verdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə Azərbaycan  hər zaman qardaş ölkələrin rəhbərlərinə,  xalqlarına minnətdardır”.

M.Vəliyeva qeyd etdi ki, Azərbaycan azad edilmiş bütün torpaqlarda bərpa - quruculuq işləri həyata keçirir: “Üç hava limanı ilə  yanaşı yeni sosial, iqtisadi və mədəni təyinatlı infrastruktur obyektləri tikilib, bərpa olunan enerji ilə bağlı SES- ları istismara verilib,  Zəfər yolundan başlayan nəqliyyat-logistika layihələri davam etdirilir, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Dünya artıq Azərbaycanın yaratdığı reallıqlarla barışıb. Laçında hava limanının istifadəyə verilməsi Şərqi Zəngəzurun iqtisadi həyatında canlanma yaradacaq.  Bura Qafqazın həm qış, həm də yay mövsümləri üçün səciyyəvi xüsusiyyətləri olan turizm bölgəsidir. Yaxın gələcəkdə bura çoxlu sayda turistin gələcəyini proqnozlaşdırmaq olar. Laçından verilən mesajlar Zəngəzurdan Orta Asiyaya, Kəşmirdən Aralıq dənizinə, İstanbuldan Budapeştə qədər uzanan geniş bir coğrafiyada yeni bir güc mərkəzinin yarandığına işarədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri