Icma.az
close
up
RU
Laçınlılar yas içindədir, deputat toya gedir VİDEO

Laçınlılar yas içindədir, deputat toya gedir VİDEO

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 7-də Bakı-Qazax magistralında baş verən ağır qəzada 4 laçınlı həlak olub. Hadisədən sonra Laçının deputatı Rövşən Muradovun davranışı rayon sakinlərinin narazılığına səbəb olub.

“Bakupost” xəbər verir ki, Laçın sakini Elçin Hüseynov deputatın faciə qurbanlarının yas mərasiminə qatılmamasını tənqid edib.

O bildirib ki, deputat yas mərasimi başa çatdıqdan sonra əlaqə saxlayıb, həmin vaxt Ağcabədidə olduğunu və toya getdiyini deyib.

E.Hüseynov deputatın bu münasibətini qınayaraq onu laçınlıların yanında olmamaqdan ittiham edib:

“Demək olar, Laçının bütün güc strukturları, İcra Hakimiyyəti, polis, prokurorluq – hamısı yasda iştirak etdi. Bircə Laçının deputatı gəlmədi. Səni Laçın sakinləri seçib, sən orada - o faciənin, qəmin-qüssənin içində olmalı idin. Yas qurtarıb, saat 5-dir. Zəng etmisən Möhəbbət kişiyə, deyirsən ki, mən indi bilirəm. Dörd gündür ağır yol qəzası baş verib, sən isə deyirsən ki, Ağcabədidəyəm, toya gedirəm. Bütün el-oba sənin işindən narazıdır. Nə vaxt sakinlərlə görüşürsən, məktəbdə işləyən 3-4 nəfəri çağırıb, yalandan şəkil çəkdirib "Facebook"da paylaşırsan”.

"Bakupost"un əldə etdiyi məlumata görə, deputat qardaşı oğlunun toyunda iştirak etdiyi üçün yas mərasiminə qatıla bilməyib.

Digər məlumata görə isə videonu çəkən Elçin Hüseynov vaxtilə deputat Rövşən Muradovla eyni dairədən namizədliyini irəli sürüb və onun rəqibi olub.

Qeyd edək ki, sözügedən qəzada 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Qəzada 4 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Həlak olanların yaxınlarının sözlərinə görə, onlar İmişli rayonundakı mal bazarından Bakıya gəlirmişlər. Ölənlər əslən Laçın rayonunun Kamallı kəndindən olublar.

VİDEO

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri