Icma.az
close
up
RU
“LaLiga Dining & Lounge” şəbəkənin ilk “park side” məkanını açdı

“LaLiga Dining & Lounge” şəbəkənin ilk “park side” məkanını açdı

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Yeni filial 2 fərqli konseptdə olan zallarını, açıq terrası və şəxsi VİP otaqları park mühiti ilə bir araya gətirir

“LaLiga Dining & Lounge” şəbəkəsi 4 sentyabr 2026-cı il tarixində Musabəyov parkında yeni filialının rəsmi açılışını keçirib. Bu, şəbəkənin “Dining & Lounge” formatında olan üçüncü məkanıdır. Yenidən qurulmuş park Yasamal rayonunda, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 62 ünvanında yerləşir. Yeni məkan "Laliga" şəbəkəsinin tam hüquqlu park və terras kontekstində fəaliyyət göstərən ilk filialıdır və 300-ə yaxın oturacaq yeri ilə şəbəkənin ən böyük məkanlarından biridir.

Musabəyov parkındakı filial “park-side” formatında mövqeləndirilir — bu, şəbəkədə restoran zallarının, açıq terrasın və park ərazisinin vahid mühit kimi işlədiyi yeganə məkandır. Ümumi sahəsi təxminən 2 hektar olan park tam yenidən qurulub və sutka boyu açıqdır ki, bu da qonaqlara həm gündüz, axşam, həm də gecə saatlarında istirahət üçün fərqli ssenarilər təqdim edir.

Məkanda ümumi zallar, ayrıca girişi olan şəxsi VİP (“Netflix”, karaoke və “PlayStation” xidmətləri ilə), karaoke otaqları, “lounge” zonası və tədbirlər üçün təntənə zalı fəaliyyət göstərir. Belə format ailəvi görüşlərdən və dost məclislərindən korporativ tədbirlərə qədər geniş auditoriyaya xidmət göstərməyə imkan verir.

Filial şəhərin ən dinamik nöqtələrindən birində yerləşir: yaxınlıqda Mətbuat prospekti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti (təxminən 200 m), “ASAN xidmət” №3 mərkəzi və Yasamal bazarı yerləşir. “Elmlər Akademiyası” və “BDU” metro stansiyaları məkandan təxminən 800 m məsafədədir.

“Musabəyov parkındakı filial bizim üçün sadəcə növbəti ünvan deyil. Bu, LaLiga Dining & Lounge konseptinin park və terras mühitində tam şəkildə reallaşdığı ilk məkandır. Məqsədimiz Bakı sakinlərinə və şəhər qonaqlarına keyfiyyətli mətbəxi, rahat atmosferi və müxtəlif əyləncə formatlarını bir ünvanda təqdim etməkdir”, — deyə, LaLiga Dining & Loungerestoranlar şəbəkəsinin təsisçilərindən biri olan AnarDaşdıyev bildirib.  

Açılış günü qonaqlara furşet, canlı ifalar və DJ proqramı, qəlyan növlərinin dequstasiyası, habelə karaoke və “PlayStation” otaqları ilə tanışlıq imkanı təqdim olunub. Tədbirdə media nümayəndələri, tərəfdaşlar və sosial medianümayəndələri iştirak edib.

“LaLiga Dining & Lounge” Musabəyov parkı filialı 5 sentyabr 2026-cı il tarixindən etibarən bütün qonaqlar üçün açıqdır. Şəbəkə Bakı sakinlərini və şəhər qonaqlarını yeni məkanı ziyarət etməyə, park mənzərəli terrasda, ümumi zalda və ya şəxsi VİP otaqlarda “LaLiga” keyfiyyətini və xidmət səviyyəsini şəxsən yaşamağa dəvət edir. Masaların və otaqların rezervasiyası “WhatsApp”, sosial şəbəkə səhifələri, telefon və ya sayt vasitəsilə həyata keçirilir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62 (Musabəyov parkı)

İş saatları: Hər gün saat 12:00-dan növbəti gün səhər saat 06:00-dək

Rezervasiya: +994 50 300 93 93

Sayt: https://laliga.az/

Instagram: laligadininglounge

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri