Lamin Yamal Avstriya ilə oyuna hazırlığından danışıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya millisinin hücumçusu Lamin Yamal 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Avstriya ilə oyundan əvvəl fiziki vəziyyətini qiymətləndirib.
İdman.Biz bildirir ki, oyun iyulun 2-də keçiriləcək və Bakı vaxtı ilə 23.00-da başlayacaq.
“The Touchline” qəzeti Yamalın sözlərini sitat gətirir: “Özümü 80-90% formada hiss edirəm. Avstriyaya qarşı 90 dəqiqə oynaya bilərəm”.
Yamal La Liqanın 33-cü turunda “Selta Viqo” üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda penalti zərbəsini yerinə yetirərkən bud əzələsindən zədə alsa da, dünya çempionatının başlanğıcına bərpa olunub.
DÇ-2026-nın 2-ci turunda Səudiyyə Ərəbistanı üzərində 4:0 hesablı qələbə qazanılan oyunda Yamal dünya çempionatında debüt qolunu 10-cu dəqiqədə vurub.
İspaniya H qrupunda birinci sırada yer alan komanda olaraq 2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 İyun 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















