Lamin Yamal: Çempionlar Liqası kubokunu Barselonaya gətirəcəyəm
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 may, AZƏRTAC
İspaniyanin "Barselona" klubunun vingeri Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində İtaliyanın "İnter" komandasına 3:4 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.
AZƏRTAC xəbər verir ki, 17 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında açıqlama verib.
O, qələbə üçün əllərindən gələni etdiklərini bildirib: "Biz meydanda hər şeyimizi verdik. Təəssüf ki, bu dəfə alınmadı. Amma biz geri dönəcəyik. Bu klubu aid olduğu yerə, yəni, ən zirvəyə qaytarana qədər mübarizə aparacağıq. Verdiyim sözə əməl edəcəyəm və Çempionlar Liqası kubokunu “Barselona”ya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".
Lamin Yamal bu mövsüm bütün turnirlərdə 51 matçda 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “İnter” iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.
Baxış sayı:127
Bu xəbər 07 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















