Lamin Yamalın tarixi rekordunu meksikalı futbolçu qırdı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya millisinin və "Barselona" klubunun üzvü Lamin Yamala məxsus tarixi rekord qırılıb.
Oxu.Az xəbər verir ki, buna meksikalı Xilberto Mora nail olub.
O, 16 yaş 265 günlüyündə Meksika milli komandasında KONKAKAF "Qızıl Kuboku"na sahib çıxıb. Bununla da, Xilberto öz ölkəsinin yığması ilə titul qazanan ən gənc futbolçuya çevrilib.
Bundan öncə bu rekordun sahibi Lamin Yamal idi. Vunderkind ötən il iyulun 14-də - 17 yaş 1 günlüyündə Avropa çempionluğunu qazanmışdı.
Bu siyahıda ilk "üçlüy"ü əfsanəvi Pele qapayır. O, 1958-ci ildə 17 yaş 249 günlüyündə Braziliya milli komandasının heyətində dünya çempionu olub.
Baxış sayı:111
Bu xəbər 08 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















