Lamiyə Vəliyeva: Sağlam insanlarla eyni səviyyədə rəqabət aparmaq motivasiya verir
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sağlam insanlarla eyni səviyyədə rəqabət aparmaq motivasiya verir".
İdman.biz xəbər verir ki, atlet bu barədə "Report"a açıqlamasında deyib.
O, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb: "Turnir sağlam idmançılar arasında keçirilirdi və bu yarışda bürünc medal qazanmaq mənim üçün böyük sevinc oldu. Ən önəmlisi isə odur ki, sağlam idmançılarla eyni səviyyədə rəqabət apara bildim. Bu, həm motivasiya verir, həm də daha çox çalışmağa sövq edir. Düzdür, iki ildir ki, 200 metr məsafəni özümə məqsəd kimi qoymamışdım, ona görə bu qədər aradan sonra bu məsafəni qaçmaq mənim üçün xüsusilə sevinclidir. Gələn dəfə daha gözəl nəticələr əldə edəcəyimə inanıram".
Qeyd edək ki, 23 yaşlı idmançı 200 metr məsafəni 24.35 saniyəyə qət edib.
İdman.biz
Baxış sayı:90
Bu xəbər 16 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















