“LANDAU Lions”un legioneri çempionluq hədəfini açıqladı
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Qayıtmaq xoşdur, artıq ağrı ilə necə oynamaq lazım olduğunu anlamağa başlayıram. Lakin fasilə ərəfəsində liqada qələbəyə ehtiyacımız var idi. Hazırda Orelik, Sadettin Donat və Ed (Edvard Polayt) zədəlidir. Heyətdə demək olar ki, hamı zədəli olduğu üçün komandama kömək etmək məqsədilə dişimi sıxıb meydana çıxdım. Fasilədən sonra isə 100 faiz hazır olacağam”.
Bu sözləri “LANDAU Lions”un basketbolçusu Ceyms Freyzer Azərbaycan Basketbol Liqasında “Ordu”ya (97:80) qalib gəldikləri oyundan sonra deyib.
Təxminən 3 həftəlik fasilədən sonra ABL-də ilk oyununa zədəli halda çıxan və özünü 60 faiz hazır hiss etdiyini bildirən amerikalı oyunçu komandasının ilk dövrədəki çıxışından, əsas hədəflərindən və azarkeşlərin dəstəyindən söz açıb:
“Avqustda komandama demişdim ki, biz noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq. Hazırda keçdiyimiz yol təcrübə toplamaq və inkişaf etmək üçündür. Boylu-buxunlu oyunçularımız sıraya dönənə qədər meydanda sonadək mübarizə aparacağıq.
Onlar tribunada olanda bizə böyük enerji və özgüvən verirlər. Oyunda yorulduğumuz anlarda azarkeşlərin dəstəyi bizi irəli aparır”, - deyə o AzB.az-a açıqlamasında söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















