“Landau” sərhədləri aşdı Özbəkistanda 2 yeni məktəb
Icma.az, Marja.az saytına istinadən bildirir.
Azərbaycanın “Landau Education Group” təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb.
Marja.az xəbər verir ki, avqustun 23-də Özbəkistanda “Landau” adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics) məktəbinin rəsmi açılışı keçirilib.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onlayn formatda iştirak ediblər. Məktəblər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib.
Yeni təhsil müəssisələri elm, texnologiya, mühəndislik və riyaziyyat istiqamətlərinin inteqrasiyasına əsaslanan tədris modelini tətbiq edəcək. Bu yanaşma şagirdlərdə nəzəri biliklərlə yanaşı, texnoloji bacarıqların, yaradıcı düşüncənin və praktiki problem həll etmə qabiliyyətinin inkişaf etdirilməsini nəzərdə tutur.
“Landau Education Group”un Özbəkistanda fəaliyyətə başlaması Azərbaycan özəl təhsil sektorunun xarici bazara çıxışı və yerli təhsil modelinin ixracı baxımından diqqətçəkən addımdır. Layihə şirkətin fəaliyyət coğrafiyasını genişləndirməklə yanaşı, Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın güclənməsinə xidmət edəcək.
“Landau School” Azərbaycanda məktəbəqədər təhsil, ümumi təhsil və yuxarı siniflər üçün hazırlıq proqramları təqdim edir. Məktəbin tədris modelində riyaziyyat və təbiət elmləri, robototexnika, süni intellekt, proqramlaşdırma, 3D dizayn və çap texnologiyaları xüsusi yer tutur. Təhsil müəssisəsi Cambridge proqramı üzrə də tədris imkanları təklif edir.
Baxış sayı:163
Bu xəbər 23 Avqust 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















