Icma.az
close
up
RU
“Landmark” niyə 120 milyona satılır? RƏSMİ AÇIQLAMA

“Landmark” niyə 120 milyona satılır? RƏSMİ AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin həqiqi dəyərindən aşağı qiymətə hərraca çıxarılması barədə müxtəlif məlumatlar yayılır. Ən çox sual doğuran isə Elektron Hərrac Portalı vasitəsilə təşkil edilən bu hərracda əmlakın satış qiymətidir. 
“Qafqazinfo” qiymətin necə müəyyənləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən “Libra” MMC-dən 117,579,405 manat məbləğində borc tutularaq, iddiaçı “Aqrarkredit” QSC BOKT-a ödənilməsi nəzərdə tutulub: “Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən borcun ödənilməsi üçün tələb əmlak sahibi tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib və həmin əmlakın açıq hərracda satılması qərara alınıb. Əmlakın ilkin satış qiyməti - 120,000,000 manat Bakı Kommersiya Məhkəməsinin həmin tarixli qətnaməsi ilə müəyyən edilib. Məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilib, ancaq yuxarı məhkəmə instansiyaları tərəfindən əmlakın qiyməti və satışı ilə bağlı hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılıb.
Göründüyü kimi, satılan əmlakın dəyəri və onun açıq hərracda satılması bilavasitə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilib.
27 noyabr 2024-cü il tarixdə icra vərəqəsi əsasında icra qurumunda icraata başlanılıb. “Elektron Hərrac Portalı”nda əmlakın satılması məqsədilə məhkəmə qərarı ilə müəyyən edilmiş əmlakın ilkin satış qiyməti ilə sifariş verilərək qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac keçirilir.
Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşyönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi və məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə 2024-cü ilin dekabr ayından “Elektron Hərrac Portalı” istifadəyə verilib. Artıq icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçirilir”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri