Laplandiyada şaxtaya davamlı dron texnologiyaları inkişaf etdirilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Stokholm, 6 may, AZƏRTAC
Laplandiyada Arktika şəraitində işləmək üçün nəzərdə tutulan dron mühəndisləri üçün yeni təhsil proqramına start verilir.
AZƏRTAC xəbər verir ki, proqram bu payız Laplandiya Tətbiqi Elmlər Universitetində başlayacaq və dörd il davam edəcək. Onun sonunda isə İT mühəndisi ixtisası veriləcək. Oxşar proqramlar Finlandiyanın digər şəhərlərində də tətbiq olunur, lakin Laplandiyada dron texnologiyası tədris planının əsas hissəsini təşkil edir. Laplandiyada təlim “Arctic Drone Operation Center” (ADOC) şəbəkəsinin bir hissəsidir.
Təlimatçıların sözlərinə görə, proqramın inkişafı Avropada qismən dəyişən təhlükəsizlik vəziyyəti və Ukraynada müharibənin başlamasından sonra mütəxəssislərə artan tələbatla bağlıdır.
Xüsusi diqqət aşağı temperaturlara davamlı dronların hazırlanmasına yönəldilir. Belə ki, qış şəraiti batareya performansını əhəmiyyətli dərəcədə azaldır və operatorlar üçün çətinliklər yaradır.
Hərbi tətbiqlərə əlavə olaraq, bu texnologiyalar mülki sahədə də populyardır. Dronlar əlaqənin çətin olduğu ərazilərə malların çatdırılması, məsələn, turistlərin təchizatı üçün istifadə edilə bilər. Aparatların süni intellekt, müxtəlif sensorlar, radarlar və səs cihazları ilə təchiz edilməsi üzrə iş aparılır ki, bu da onların funksionallığını genişləndirir.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 May 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















