Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nətciələnməsini istəyir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nətciələnməsini istəyirlər.
APA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Amerikalılarla danışıqlar nisbətən yaxşı davam edir. Görünür ki, onlar bu dialoqun konkret həll yolunun tapılması istiqamətində davam etməsini istəyirlər. Hələ ki, tam nəticə çıxarmaq olmaz, çünki, cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik”,-Laricani qeyd edib.
O əlavə edib ki, danışıqların növbəti dəfə harada və nə zaman keçirilməsi barədə qərar veriləcək.
Laricani Omana səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı keçib və Oman rəsmiləri ilə də regional məsələlər barədə danışıqlar ümidverici xarakter daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Fevral 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















