Laslo Tot Avropa Cüdo Birliyinin növbəti müddətə prezidenti seçilib İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Avropa Cüdo Birliyinin (EJU) Macarıstanın paytaxtı Budapeştdə növbəti konqresi baş tutub.
İdman.biz xəbər verir ki, toplantıda EJU-ya prezident seçkisi keçirilib.
Qurumun hazırkı rəhbəri Laslo Tot növbəti dəfə quruma rəhbər seçilib. Laslo Totun EJU-ya başçılığı dövründə Azərbaycan Cüdo Federasiyası ilə EJU arasında əlaqələr daha da genişlənib. Ötən müddət ərzində Göygöldə iki dəfə yeniyetmələr arasında Avropa kuboku turniri baş tutub. Avropa kubokunun Azərbaycanda təşkili növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Dəfələrlə Azərbaycanda olan L. Tot ölkəmizdə cüdonun inkişafı ilə bağlı görülən işləri və bu istiqamətdə atılan addımları yüksək qiymətləndirib.
Qeyd edək ki, macarıstanlı mütəxəssis 2022-ci ildən EJU-ya başçılıq edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Noyabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















