Icma.az
close
up
RU
Latın Amerikasında sağ sol qarşıdurmasının yenidən aktivləşə bilər AÇIQLAMA

Latın Amerikasında sağ sol qarşıdurmasının yenidən aktivləşə bilər AÇIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Venesuelada yaranmış mövcud vəziyyət Latın Amerikası ölkələri arasında siyasi mövqelərin kəskin şəkildə fərqlənməsinə səbəb olub. Çili və Kolumbiya ABŞ-nin mümkün müdaxiləsinə ehtiyatla yanaşdığı halda, Kuba bu yanaşmanı açıq şəkildə pisləyir.

Region daxilində artan bu fikir ayrılığı Latın Amerikasında yeni siyasi mərhələnin başlaya biləcəyi ehtimallarını gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Latın Amerikası ölkələrində XX əsrin 70-80-ci illərində sağ-sol qarşıdurması mövcud olub. Məsələn, Fidel Kastronun 1959-cu ildə Kubada hakimiyyəti ələ keçirməsindən sonra faktiki olaraq Latın Amerikası ölkələrində sol meyillilik güclənmişdi. Bu proses eyni zamanda Simon Bolivarin ideyaları ilə də əlaqələndirilirdi. Bolivar Latın Amerikasında milli azadlıq və anti-imperialist hərəkatın əsas simalarından biri olub və onun adına ölkə olan Boliviya da bu ideoloji xəttin formalaşmasında simvolik əhəmiyyət daşıyırdı.

Politoloq qeyd edib ki, Bolivarizm sosializm ideyaları ilə birləşdirilərək yeni bir siyasi axın formalaşdırdı. Nəticədə Latın Amerikası ölkələrində solçuluq hərəkatı gücləndi. Bu hərəkatların əsas örnək götürdüyü şəxslər Çe Guevara və Fidel Kastro idi.

"Bu mərhələdə ABŞ öz imperial maraqlarını qorumaq məqsədilə regionda sağ meyilli siyasəti gücləndirdi. Əsasən ordu daxilində bu istiqamətdə addımlar atılır, solçu qrupların və bolivar yönlü hakimiyyətlərin olduğu ölkələrdə sağçı hərbçilər və siyasətçilər ABŞ tərəfindən dəstəklənərək müxalifətə çevrilirdi. Buna nümunə olaraq Çilidə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş Auqusto Pinoçet göstərilə bilər. Bu proseslər nəticə etibarilə ABŞ-nin imperial maraqlarına xidmət edirdi".

Zeynal Əmrəliyev: Venesuelada Maduro tərəfdarları hakim mövqeyini qoruyur

Müsahibimizin fikrincə, hazırda da bu yöndə müəyyən dəstəklərin mövcud olduğu istisna edilmir. Məlumdur ki, Fidel Kastro artıq yaşlanmışdı və sonrakı mərhələdə Latın Amerikasındakı solçu hərəkatın əsas mərkəzlərindən biri Venesuela oldu. Burada hakimiyyətdə olan Nikolas Maduro öz siyasi xəttini sələfi Uqo Çavesin ideyaları üzərində qurub. Politoloq qeyd edir ki, Uqo Çaves 1999-cu ildə prezident seçilmişdi və onun rəhbərliyi dövründə bolivarizm yenidən güclənmişdi.

Zeynal Əmrəliyev hesab edir ki, bu baxımdan regionda yenidən sağ-sol toqquşmalarının baş verməsi mümkündür. Hazırda bir sıra ölkələrdə sağçı qruplar hakimiyyətdədir, məsələn, Argentinada bu tendensiya müşahidə olunur. Digər ölkələrdə isə sol və bolivar yönlü təşkilatlar hakimiyyəti saxlayır. Meksikada solçu xətti təmsil edən, ekoloji mövqeyi ilə tanınan qadın prezident ABŞ tərəfindən tənqid olunur. Kubada isə sosialist rejim bütün təzyiqlərə baxmayaraq hələ də hakimiyyətdə qalır. Eyni zamanda Venesuelada Maduro tərəfdarları, yəni Birləşmiş Sosialist Partiyası hakim mövqeyini qoruyur:

"Bütün bunları nəzərə alaraq demək olar ki, Latın Amerikasında sağ-sol qarşıdurmasının yenidən aktivləşməsi ehtimalı mövcuddur".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri